Qeyri-invaziv kardiologiya və USM mərkəzlərində ürək xəstəliklərinin diaqnostikasında ən geniş yer verilən müayinə üsullarından biri EXO-KQ-dir. Exokardioqrafiya üsulu ürəyin ultrasəs müayinəsidir. Hər hansı bir üzvi yaxud funksional patologiyanı aşkar etmək üçün EKQ müayinəsi kifayət deyil və mütləq Exo-Kq müayinəsindən keçmək məsləhətdir. Ürək qüsurlarında, xüsusən uşaqlarda EXO-KQ-nin böyük diaqnostik əhəmiyyəti vardır. Ürəyin anadangəlmə və qazanılma qüsurları zamanı EXO-KQ və rəngli Doppler EXO-KQ vasitəsilə qüsurların ağırlıq dərərcəsini, ürək çatmamazlığının ağırlıq dərəcəsini dəqiq qiymətləndirmək mümkündür.
EXO-KQ vasitəsilə:
- Ürəyin anatomik quruluşu və qapaq aparatı,
- Ürək əzələsinin vəziyyəti,
- Qanın kameralarda hərəkəti,
- Sistolik və diastolik funksiyalar,
- Perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür
EXO (Exokardioqrafiya) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Poliklinik Nəsimi filialı: Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25 A
- Referans Poliklinik Əhmədli filialı: Bakı şəh., Xətai ray., M.Hadi küç.229D
- Referans VIP filialı: Bakı şəh., Səbail ray., Z.Əliyeva küç. 107A
- Referans Poliklinik Bayıl filialı: Bakı şəh., Səbail ray., Akademik Ə.Yaqubov küç. 19
- Referans Xırdalan Tibb Mərkəzi: Xırdalan şəh., H.Əliyev pr.167, AAAF Park
- Referans Estetik Mərkəzi: Bakı şəh., Nərimanov r., M.Araz küç. 105A
- Referans Wellbeing Center, Nəsimi ray., M. Kaveroçkin küç. 13
- Referans 36.6 Med Gəncə filialı: Gəncə şəh., Atatürk pr.120B
- Referans Masallı Tibb Mərkəzi: Masallı ray., Qarabağ küç. 20
- Referans Xaçmaz Tibb Mərkəzi: Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Tovuz Tibb Mərkəzi, Tovuz ray., M.H.Şəhriyar küç. (Tovuz Rayon İcra Hakimiyyətinin yanı)
9820 | 05.09.2024