Uroginekologiya, qadınların sidik və cinsiyyət sistemində yaranan patologiyaların araşdırılması və müalicəsi ilə məşğul olan tibbi sahədir. Bu sahə, anatomik baxımdan qadınlarda uroloji və ginekoloji orqanların bir-birinə yaxın yerləşməsi səbəbindən xüsusi əhəmiyyət daşıyır. Uroginekologiyada həm uroloji, həm də ginekoloji diaqnostik və müalicə metodları istifadə olunur.
Uroginekoloq həkimi, bütün növ urogenital infeksion-iltihabi xəstəliklər, sidik qaçırma problemləri və kiçik çanaq orqanlarının disfunksiyaları ilə məşğul olur. Bu həkimlər həmçinin hamiləlik dövründə yaranan böyrək problemləri, erkən doğuş, preeklampsiya, eklampsiya kimi ciddi və təhlükəli ağırlaşmaların diaqnozunu və müalicəsini təmin edirlər.
Qadınların sidik kanalının qısa və geniş olması, vaginal və bağırsaq patoloji mikroorqanizmlərinin sidik kanalına keçməsinə səbəb olur. Bu səbəbdən, hər on qadından səkkizində urogenital sistemlə əlaqəli müxtəlif problemlər müşahidə oluna bilər. Uroginekologiya bu patologiyaların erkən aşkar edilməsi və effektiv müalicəsi üçün vacib rol oynayır.

1152 | 20.02.2025
Əməkdaşlar
Uroginekoloq
Dr. Gülər Mehdiyeva