Qaraciyər elastoqrafiyası - hepatit viruslu, şəkərli diabetli, artıq çəkili pasiyentlərdə, mütəmadi olaraq energetik içkilərdən, alkoqollu içkilərdən istifadə edən şəxslərdə aparılan diaqnostik müayinə metodudur.
Elastoqrafiya - ən son ultrasəs görüntüləmə texnologiyalarını birləşdirən, həmçinin qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan aparılan müayinə metodudur.- Adi ultrasəs müayinəsi kimi aparılır, “real taym”, yəni nəticə dərhal əldə olunur.
- Qaraciyər xəstəliklərinin dəqiq müayinəsində geniş istifadə olunur.
Qaraciyərin elastoqrafiyası bizə Fibrozun təyinində kömək edir. Fibroz qaraciyərin xroniki xəstəliyinin olmasının göstəricisidir.
Qaraciyərin sıxlığı kilopaskalla ölçülür və buna uyğun olaraq, Fibrozun dərəcəsi müəyyən edilir.
Beləliklə, fibrozu (bədənin hər hansı bir orqanında birləşdirici lifli toxumanın inkişaf etməsindən ibarət olan patoloji proses) vaxtında təyin etməklə sirrozun (orqanın yeni birləşdirici toxuma əmələ gəlməsi nəticəsində böyüyüb bərkiməsi) qarşısını almış oluruq.
Eyni zamanda, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaların qarşısını vaxtında ala bilirik.
Elastoqrafiya vasitəsilə, həmçinin bir cox orqanlarda toxuma sıxlığını və bərkliyini müayinə etmək olur.
- Süd vəzisi;
- Qalxanvari vəzi;
- Mədəalti vəzi və s. orqanların şişlərinin tərkibinin öyrənilməsində geniş istifadə olunur.
Qaraciyər elastoqrafiyası müayinəsinin aparıldığı filiallarımız:
- Referans Poliklinik Əhmədli filialı, Bakı şəh., Xətai ray., M.Hadi küç. 229 D
- Hepatoloji Mərkəz by Referans Medical Group, Nərimanov r-nu, Aşıq Molla Cümə 15B