Stomatologiya, ağız boşluğu, diş əti, dişlər, üz-çənə və boyun nahiyəsinin anatomiyasını, fiziologiyasını, xəstəliklərini və müalicəsini öyrənən bir sahədir. Stomatologiya terapiya, endodontiya, paradontologiya, ortodontiya, ortopediya kimi sahələri əhatə edir.
1. Terapevtik stomatologiya – dişlərin karioz və qeyri- karioz xəstəliklərinin müalicəsi, diş tacı qüsurlarının estetik, rekonstruktiv plomblarla bərpası.
2. Endodontiya – diş sinirlərinin amputasiyası və ekstirpasiyası, iltihabi xəstəliklər (pulpit və periodontit) zamanı tac və kök pulpasının tam və ya hissəvi çıxardırılması və müalicəsi.
3. Paradontologiya – diş əti, periodont toxuması və sümük üstlüyü xəstəliklərinin müalicəsi. Paradontologiyada daha çox rast gəlinən diş əti iltihabı- gingivit, paradontit, daha ciddi paradontoz xəstəliklərinin müalicəsini əhatə edir.
4. Ortodontiya – dişlərin, çənələrin, üz skletinin böyüməsi, diş- çənə anomaliyası, potogenezi, diaqnostika və profilaktikası və müalicə üsullarını əhatə edir. Ortodontiya yuxarı və aşağı diş gövslərinde dişlırin düzülüşü, qövsün formasını və qarşılığlı münasibətini, əng və çənə sümüklərinin kəllə skletinə görə düzgün vəziyyətini təmin edir.
5. Ortopediya - dişlərin plomblarla bərpası mümkün olmadığda, itirilmiş diş və diş sırası qüsurlarını estetik və funksional bərpa etməklə məşğul olan sahəsidir. Diş qüsurları çıxan və çıxmayan protezlərlə bərpa edilir. Çıxmayan protezlər qapaq (metal- kermika, zirkon) yarımqapaq (vinir) və körpülər aiddir. Çıxan protezlər isə çıxmayan protezlərlə berpası mümkün olmadıqda və tam dişsiz çənələrdə qüsurları aradan qaldirmaq üçün hazirlanır. Çıxan protezlərə sadə, neylon, impak, bugel və estetik protezlər aiddir.
Stomatologiya müalicə üsulları ilə yanaşı, profilaktik tədbirlər də təklif edir. Diş sağlamlığını qorumaq üçün müntəzəm müayinələr, düzgün ağız və diş baxımı çox önəmlidir. Bu sahələrdə əldə edilən inkişaflar, stomatologiyanın müasir dövründə daha az invaziv və effektiv müalicə üsullarını təqdim edir.
Ortodontik müalicə, dişlərin səliqəli düzülməsi, çənə problemlərinin aradan qaldırılması və ümumi ağız sağlamlığının qorunması üçün vacibdir.
Dişlərin düzgün yerləşməsi həm də çeynəmə, nitq və tənəffüs funksiyalarını yaxşılaşdırır. Müasir texnologiyalarla təchiz olunmuş Referans Mərdəkan Hospital sizə yüksək keyfiyyətli müalicə təklif edir. Rahat və etibarlı xidmətlərimiz sayəsində özünüzü güvəndə hiss edəcəksiniz.
Ağız və diş sağlamlığınızı qorumaq üçün peşəkar stomatoloji xidmətlərdən faydalanmaq, uzunmüddətli sağlamlıq və estetik görünüş təmin etmək baxımından çox vacibdir

1312 | 20.02.2025
Əməkdaşlar
Stomatoloq
Dr. Elvin Tanrıyar
Stomatoloq
Dr. Arifə Əliyeva