Elektrokardioqrafiya (EKQ) – ürəyin fəaliyyəti nəticəsində yaranan elektrik impulsların qeydiyyatını aparan funksional diaqnostika metodudur. Bu sadə və informativ müayinənin köməyi ilə ürək ritmi, ürək vurğularının gücü və tezliyi təsbit edilir, həmçinin, ürək əzələsinin qan ilə təmin olunması dəyərləndirilir.
Elektrokardioqramma (EKQ)– ürəyin bioelektrik aktivliyinin müayinə üsuludur. Həm yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış və ayrılmaz metodudur. Ritm və keçiriciliyin pozulmalarında, mədə və ürək qulaqcıqlarının hipertrofiyasında, ürəyin işemik xəstəliklərində, miokard infarktında və digər ürək xəstəliklərində elektrokardioqramma əvəzolunmaz diaqnostika üsuludur. Profilaktika üçün hər bir insana müntəzəm olaraq EKQ olunması mütləqdir.
Elektrokardioqrammaya göstərişlər:
- İstənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları, infarkt və s.)
- 40 yaşdan sonra ildə 1 dəfə
- Siqaret çəkmə
- Hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi)
- Hamiləlik
- İstənilən cərrahi müdaxilədən əvvəl.