Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqaməti pasiyentlərimizə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsi, eyni zamanda işçi personalın əməyinin effektivliyinin yüksəldilməsidir.
Referans Klinik Laboratoriya və Poliklinikalar Mərkəzinin Keyfiyyət Siyasəti ISO-9001:2008 keyfiyyət standartlarına əsaslanır. Standartın tələblərinə uyğun olaraq, ildə iki dəfə həyata keçrilən bütün işlərin audit yoxlaması aparılır və bu yoxlamaların nəticələri protokollaşdırılır.
Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem əsasında ən müasir texnologiyalarının tətbiqi ilə aparılan bütün müayinələr, analizlər, eləcə də həyata keçirilən digər işlər nəzarət kameraları vasitəsilə daimi izlənilir. Pasiyentlərdən daxil olan təklif və şikayətlər Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. Mütəmadi olaraq əməkşlar tərəfindən pasiyentər arasında məmnunluq sorğuları keçirilir. Məmnunluq anketində qeyd edilən istəklər əsasında təkliflər paketi hazırlanır və iş keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə lazimi tədbirlər görülür.
Şöbə laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərini artırmaqla keyfiyyət sahəsində göstəricilərin yüksəldilməsinə istiqamətləndirilmiş tədbirlərin keçirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bunun əsas məqsədi, tibb sahəsində olan yenilikləri Azərbaycan səhiyyə sistemində tətbiq etməkdir.
KEYFİYYƏTƏ NƏZARƏT SAHƏSİNDƏ MƏQSƏDLƏR

- Növbəti illərdə Referans Medical Group-un daxil olan bütün klinikalarda ISO 9001:2015 standartının, Referans Klinik Laboratoriya və Poliklinikdə ISO-15189 Standartının tətbiqinə başlamaq və müvafiq sertifikasiya auditininin keçirilməsini təmin etmək
- Xarici ölkələrdən tibb sahəsində tanınmış mütəxəssisləri öz təcrübələrini bölüşmək üçün müəssisəyə dəvət etmək və müəssisənin həkimlərinin yeniliklərlə təlimlənməsini təşkil etmək
- Ünvanda Tibbi Xidmətin keyfiyyətini artırmaq məqsədilə müvafiq texniki təminatı təşkil etmək
- Mərkəzimizin korporativ müştərilər, personal, pasiyentlər arasında nail olduğu yüksək etimadın qorunmasını və saxlanılmasını təmin etmək
- Personalın ixtisasının daim artırılması, fasiləsiz təlimləndirilməsi və rifah halının yüksəldilməsini təmin etmək
- Tibbi müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinini artırmaqla keyfiyyət sahəsində göstəricilərin yüksəldilməsi
- Pasiyent rahatlığını təmin etmək məqsədilə filial şəbəkəsini genişləndirmək,mövcud filiallarda isə qeydiyyat və qanalma bölmələrində pasiyent qəbulunu daha da rahatlaşdırmaq
- Klinikalar daxili istifadə olunan avadanlıqlara nəzarət, pasiyent müraciət saylarına və yeni tələblərə uyğun olaraq avadanlıqlaırn mütəmadi olaraq yenilənməsini təmin etmək.