Food Intelorance, Total İgG
Qida Həssaslığı Testi, adətən qidalara qarşı həssaslıq ilə əlaqəli olan spesifik IgG4 anticisimlərinin təyini əsasında potensial qida həssaslığını təyin etmək məqsədilə istifadə olunur.
Bu test ilə biz nəyi təyin edirik?
Test vasitəsilə qanda olan IgG4 konsentrasiyası təyin edilir. Kliniki simptomlar olmadığı halda belə İgG4 səviyyəsinin yüksəlməsi mümkündür. Lakin İgG4 səviyyəsi yüksək olduğu zaman həmin qidaların rasiondan çıxarılması qısa müddət ərzində İgG4 səviyyəsinin aşağı düşməsinə qətirib çıxara bilər. Bu da simptomların itməsilə nəticələnir. Bu isə həssaslığı yüksək çıxan qida məhsuluna məhdudiyyət qoyulması deməkdir. 57 qida növünə qarşı həssaslığın olub olmaması təyin edilir və bu həssaslıq 3 dərəcə/sinif üzrə qiymətləndirilir. Rəng diaqramı test nəticələrinin daha asan qiymətləndirilməsinə imkan verir.
1-ci sinif həssaslıq dərəcəsi – aşağı dərəcədə həssaslıq və ya həssaslığın olmaması kimi qiymətləndirilir.
2-ci sinif həssaslıq dərəcəsi – orta səviyyədə həssaslığın olması kimi qiymətləndirilir.
3-cü sinif həssaslıq dərəcəsi- yüksək dərəcəli həssaslığın olması kimi qiymətləndirilir.