Xronik xəstəliklərin müayinə və müalicəsində terapevtlər digər mütəxəssislərində daxil olduğu multidissiplinar komandanın tərkib hissəsində fəaliyyət göstərir. Xronik xəstəliklər və mürəkkəb tibbi problemləri olan (yanaşı gedən bir neçə xəstəlik) pasiyentlərin sağlamlığının qorunmasına yönəlmiş tibbi diaqnostik və terapevtik xidmətlərin koordinatoru rolunda da məhz həkim-terapevt çıxış edir. Terapiya şöbəmiz 16 yaşdan yuxarı olan bütün pasiyentlərə fasiləsiz peşəkar xidmət göstərməkdədir.
Pasiyentin vəziyyətindən və ya xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, terapevtlər hematologiya, endokrinologiya, qastroenterologiya, kardiologiya, nevrologiya, nefrologiya və s. tibbi sahələrin mütəxəssisləri ilə birgə çalışır.
Tibb elminin ən son nailiyyətlərindən və ən müasir tibbi texnologiyalardan istifadə edərək, klinikamızın həkimləri Sizi etibarlı və keyfiyyətli xidmətlərlə təmin edir.
Hansı şikayətlərlə terapevtə müraciət etməliyik?
Baş ağrısı, angina, ayaq ağrısı, susuzluq, sətəlcəm, öskürək, yüksək qan təzyiqi, baş gicəllənmələri, qan azlığı, bağırsaq qurdları, sarılıq, sümük ağrıları, artıq çəki və piylənmə, sidiyə tez-tez getmə, spazmalar və qıcolmalar, həddən çox tərləmə, dəridə göyərmələr və ya qançırlar, ishal, qarın ağrısı və s. şikayətləriniz olduqda ilkin olaraq terapevtə müraciətiniz daha məqsədə uyğundur.
Terapevtlər çox geniş spektr xəstəliklərin müalicəsini aparır:
- Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri
- İnfeksion xəstəliklər
- Yüksək qan təzyiqi və ya hipertoniya
- Şəkərli diabet tip 2 (ilkin diaqnostika, müalicənin tənzimlənməsi)
- Qalxanvari vəzin xəstəlikləri, o cümlədən, düyünsüz və düyünlü ur.
- Qanda xolesterin və triqliseridlərin (yağların) artıqlığı
- Mədə-bağırsaq yollarının xəstəlikləri, o cümlədən, qaraciyər, mədə, mədəaltı vəzi, öd kisəsi, yoğun bağırsaq və s. xəstəlikləri
- Ağciyər xəstəlikləri, o cümlədən, bronxitlər, emfizemalar, pnevmoniyalar, plevritlər, ağciyər düyünləri və s.
- Böyrək və sidik-cinsiyyət sistemi xəstəlikləri, məs., kəskin və xroniki böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, sidik yollarının infeksiyaları, sistitlər (qadın və kişilərdə), cinsi yolla keçən xəstəliklər və s.
- Qan xəstəlikləri, o cümlədən, dəmir, vitamin B12 və fol turşusu çatışmazlığı ilə bağlı anemiyalar, qanaxmalar, laxtalanmanın pozulması,
- Damar xəstəlikləri, o cümlədən, səthi və dərin venaların trombozu, venoz xəstəliklər, yuxarı və aşağı ətraf arteriyalarının trombozu
- Revmatoloji xəstəliklər, o cümlədən, revmatoid artrit, psoriatik artrit, sarkoidoz, qırmızı qurd eşənəyi, skleroderma, CREST sindromu və s.
- Sümük-əzələ sistemi xəstəlikləri.