• Şəkərli Diabet
• Ürək-damar sistemi xəstəlikləri
• Xroniki qaraciyər və böyrək xəstəlikləri
• Xroniki ağrı sindromları
• Allergiya
• Lipid metabolizmanın pozulması
• Ekzema və müxtəlif xroniki dəri xəstəlikləri
Venadaxili Lazer Terapiyası və ya ILBI (Intravenous Laser Blood Irradiation Thearpy), pasiyentin qanının aşağı səviyyəli lazer şüalanmasına məruz qaldığı bir prosedurdur.
Müalicə öncəsi diqqət edilməli məqamlar:
- Terapiyadan əvvəl və sonra hansısa bitki çayı və ya kofeinli içkilər istifadə olunmamalıdır.
- Xroniki xəstəliyi olan və müntəzəm dərman qəbul edən insanlarda məhsullarla hansısa qarşılıqlı təsirin olub-olmaması araşdırılmalıdır.
- Böyrək və qaraciyər zədələnməsi zamanı məsləhət görülmür.
- Məhsullar bir-birilə qarışdırılmamalıdır.
- Məhsulların hamilələrə təsiri haqqında yetərli sayda tədqiqat aparılmadığından istifadəsi məsləhət görülmür.
- Məhsulun tərkibindəki maddələrin bir və ya bir neçəsinə allergiyası olan şəxslərə tətbiq olunması məsləhət görülmür.
- Ani başlayan reaksiyalar və ya yan təsirlərdə infuziya dayandırılmalıdır.
- Bütün məhsullar isti, nəm və işıqdan uzaq saxlanılmalıdır.
- Terapiya zamanı, istifadə olunan fizioloji məhlul miqdarı qədər su içmək məsləhət görülür.
- Məhsullar bir-birilə eyni fizioloji məhlul içində qarışdırılmamalıdır.
- Birlikdə protokollaşdırılacaq məhsullar 10 dəqiqə fasilə ilə xəstəyə köçürülə bilər