Sinir sistemi baş beyin, onurğa və periferik hissədən ibarətdir. Nevrologiya bu üç sinir sisteminin birində və bir – biri ilə əlaqəli inkişaf edən hər hansı narahatlığı zamanı müraciət olunan terapiya sahəsidir.
Nevroloqlar tərəfindən müalicə olunan əsas xəstəliklər və şiakyətlər aşağıdakılardır.Beyin damar xəstəlikləri
Beyin damar tıxanıqlıqları, beyin qansızmaları, insult kimi xəstəlikləri əhatə edir. Beyin damarlarının bir hissəsində meydana gələn tıxanma o hissənin qidalana bilməməsi ilə nəticələnir. Bu hal müxtəlif şəkildə təzahür edir. Tıxanan sahə qidalana bilmədiyi üçün həmin hissəni təchiz edən hüceyrələrin ölümü baş verir. Bu da xəstədə baş ağrısı, ürək bulanma, bayılma, güc itkisi, danışığın itirilməsi kimi əlamətlər görülür. Tədqiqat üçün Maqnit rezonans (MR), Kompüter Tomoqrafiya (KT) kimi üsüllardan istifadə edilir və təchizatı dayanmış damar bölgəsi təyin olunur. Müalicəsi xəstənin vəziyyətindən asılı olaraq klinikada və ya evdə davam etdirilir.
Epilepsiya
Əllərin və ayaqların tonik, klonik qıcolmaları ilə təzahür edən xəstəlikdir. Bəzən tutmalar zamanı bayılmalar da müşahidə olunur. Diaqnostikası üçün EEQ (elektroensofaloqrafiya) üsülundan istifadə olunur. Əsasən uşaq yaşlarından etibarən başlayan xəstəlik olsa da nadir hallarda böyüklərdə də rast gəlinir. Müalicəsi üçün antiepileptik dərmanlardan istifadə olunur.
Baş ağrısı
Baş ağrısının səbəbləri çox böyük müxtəliflik göstərdiyi üçün həkim xəstəninin ağrı hekayəsini dinləyib müalicəsi üçün lazım olan üsulu tətbiq edir. Əsasən insanlar migren tipi baş ağrıları ilə həkimə müraciət edir.
Alzheimer
Alzheimer xəstəliyi əsasən yaşlı insanlarda rast gəlinməklə bağlı bəzən nisbətən gənc insanlarda da görülən xəstəlikdir. Əsas əlamətləri yaddaşın əvvəlcə qısa fasilələrlə daha sonra uzun müddətli itirilməsidir. Xəstə eyni zamanda yeməkdən imtina, içinə qapanma kimi əlamətlərdən də əziyyət çəkir. Əsasən yaxın zamanın yaddaşı itirilir.
Hərəkət pozuntuları
Əsasən Parkinson xəstələrində müşahidə edilən qeyri - iradi əl və ayaq hərəkətləri, diskineziya, yerimə zamanı tarazlığın qoruna bilməməsi kimi narahatçılıqların müşahidə edildiyi müalicə sahəsidir.
Yuxusuzluq
Gündəlik həyatın stresləri, yuxu apnoesi və digər narahatçlılqlar yuxusuzluğa səbəb olur. Yuxusuzluğun şiddətinin müəyyən edilməsi məqsədilə polisomnioqrafiya tədqiq üsulundan istifadə olunur. Bunlar içində yuxu apnoesi ən ciddi narahatçılıqdı. Tədqiqi və müalicəsi mütləqdir.
Əzələ xətəlikləri
Əzələ xəstəlikləri arasında avtoimmun xəstəlik olan miasteniya və genetik xəstəlik olan distrofiya ən çox rast gəlinəndir. Xəstəlikdən əziyyət çəkən insanlarda sinir - əzələ bağları arasında qidalanma sistemi pozulduğu üçün əzələ kütləsinin azalması, ətrafların hərəkətsizliyi kimi narahatçılıqlar təzahür edir. Bundan əlavə göz əzələsində meydana gələn əzələ zəifliyi göz qapaqlarının düşməsinə, cüt görməyə, çeynəmə - udma kimi həyati fəaliyyətlərin pozulmasına səbəb olur.
Demiyenilizasiya
Miyelin sinir hüceyrələrinin üzərini örtən və onların həyat fəaliyyətini qoruması üçün əvəzsiz rol oynayan yapışqan maddədir. Bu maddənin yetərli miqdarda olmaması sinir hüceyrələrinin funksiyasının pozulmasına səbəb olur. Ən çox müşahidə olunan demiyenilizasiya xəstəliyi Multiple Sklerozdur (MS). Xroniki xəstəlikdir və müalicəsi nevroloqlar tərəfindən aparılır.