Ginekologiya - tibbin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini ilə məşğul olan sahəsidir. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.
Qadın xəstəlikləri və doğuşYüksək riskli hamiləliyi olan pasiyentlərə, habelə süni mayalanma nəticəsində doğulan körpələrə qayğı da daxil olmaqla, klinikamızın Mamalıq və Ginekologiya şöbəsində ən mürəkkəb hamiləlikləri aparılır və müxtəlif ginekoloji xəstəliklərin müalicəsi həyata keçirilir.
Tibbin bir çox sahələri üzrə ixtisaslaşmış təcrübəli həkim-ginekoloqlarımız hər bir pasiyentə fərdi yanaşma tətbiq edir və məxsusi müayinə və müalicə planı təklif edir. Cinsi yetişkənlik dövründə yeniyetmələrin sağlamlığı, klimaks, onkoloji ginekologiya, riskli hamiləlik, o cümlədən, yanaşı ürək-damar, böyrək, qaraciyər və s. xəstəlikləri olan qadınlarda hamiləliyin aparılması məsələlərində həkimlərimiz Sizi yüksək keyfiyyətli tibbi yardımla təmin edəcəkdir.
Uşaqlıq boynu və yumurtalığın xərçəng xəstəlikləri hər bir qadını ciddi narahat etdiyini nəzərə alaraq, şöbəmizdə kompleks şəkildə bu xəstəliklərin profilaktikası və erkən diaqnostikası həyata keçirilir.
Aşağıdakı hallarda poliklinikamızın həkimlərinə müraciət etməyiniz məsləhətdir.
- aybaşı pozulması
- uşaqlıq yolundan qanaxma
- aybaşılar arası qanaxma
- uşaqlıq yolunda ağrı, şişkinlik, qızartı və ya qaşınma
- uşaqlıq yolundan ifrazat
- cinsi əlaqə zamanı ağrı və ya diskomfort
- artıq tüklənmə
- artıq tərləmə və “istilik gəlməsi” halları
- hamiləlik barəsində ciddi düşünmə və hamiləliyin planlaşdırılması
- hamiləlik
- Cinsi yolla yoluxan infeksiyalar
- Iltihabi xəstəliklər (Endometrit, Salpingit, Ooforit, Kolpit ( vaginit), Servisit, Bartolinit, Vulvit)
- Uşaqlıq boynunun patologiyaları (eroziya, polip, endometrioz)
- Neyroendokrin ginekoloji xəstəliklər
- Menstrual tsikl pozulması (o cümlədən, ağrılı aybaşı)
- Endometrioz
- Yumurtalıqların polikistozu
- Sonsuzluq
- Klimakterik sindrom (menopauza)
- Osteoparoz
- Kontrasepsiya və ailə planlaması və s.
Menopauza
Klimaks və ya menopauza - orqanizmin təbii “yaşlaşma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.
Cinsi yetişkənlik, hamiləlik və doğuş kimi, klimaks da qadın orqanizmi üçün təbii hal hesab olunur. Qadınların hamısı klimaks dövründən keçməli olurlar. Fərq yalnız ondadır ki, bütün qadınlarda bu heç də eyni bir vaxtda baş vermir və onlar klimaks dövrünü heç də eyni cür keçirmirlər. Klimaksın gedişi bir çox hallarda mərkəzi sinir sisteminin xüsusiyyətlərindən, qadının sağlamlıq vəziyyətindən, həyat və məişət şəraitindən asılı olur.
Klinikamızın klimakterik pozuntuların müayinə və müalicəsi ilə məşğul olan mütəxəssisləri klimaks dövrünə xas müxtəlif şikayətlərin (tez-tez “istilik gəlməsi”, tərləmə, əhval-ruhiyyənin gah pisləşməsi və gah da yaxşılaşması, ürək cırpınmaları, yuxunun pozulması, cinsi meyilliyin itməsi, diqqətin yayınması) aradan qaldırılmasını, habelə menopauzadan sonra qadınlarda inkişaf edən osteoporoz, ürək-damar xəstəlikləri (ürəyin koroner damar xəstəliyi), bayılmalar (özündən getmələr), venoz tromboemboliyalar, şəkərli diabet, depressiya, demensiya və əqli funksiyanın/yaddaşın pisləşməsinin müalicəsini təmin edir.
Yumurtalıqların aktiv funksiyasının itirilməsi nəticəsində klimakterik dövrdə qadınlarda aşağıdakı hallar tez-tez rast gəlinir: uşaqlıq yolunda quraqlıq, cinsi əlaqə zamanı ağrılar, çətinləşmiş sidiyəgetmə, tezləşmiş sidiyəgetmə, artmış tərləmə, titrəmə və s.
Qadınlarda klimaksın müddəti fərqlənir. Bəzilərində qısa müddət davam etdiyi təqdirdə, digərlərində 10 il də çəkə bilər. Əksər qadınlarda klimaks və onunla bağlı simptomlar və şikayətlər adətən 3-5 il davam edir.
Yeniyetmə ginekologiyası və yeniyetməlik dövrünün ginekoloji xəstəlikləri
Cinsi yetkinlik uşağın yeniyetmə yaşına,keçid dövrünə(подростковый период, Переходный возраст) deyilir. Bu proses bir neçə il davam edir, əsasən 9-12 yaşlar arasında başlayır. Qızlarda adətən cinsi yetkinlik oğlanlara nisbətən tez başlayır. Hormonların təsiri nəticəsində ikincili cinsi əlamətlər əmələ gəlir ki, onlar da birincili cinsi əlamətlərlə birlikdə kişini qadından fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.
Yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərin müalicəsi, o cümlədən bu xəstəliklərin qarşısının alınması ilə məşğul olur. Nəsilartırma funksiyasının saxlanılmasına vaxtında yönəldilmiş hər bir tədbir sonradan sağlam hamiləlik, normal cinsi funksiya və sağlam doğuş deməkdir.
Qızlarda cinsi yetkinlik orta hesabla 10 yaşında başlayır, lakin onun əlamətləri 8-13 yaşlar arasında da meydana çıxa bilər. Adətən qızlarda cinsi yetkinlik prosesi oğlanlara nisbətən tez başlayır. Bu dövrdə qızlar həm psixoloji və sosial, həm də fiziki dəyişikliklərlə üzləşir. Əgər qızlarda cinsi yetkinlik əlamətləri 8 yaşından tez başlayıbsa, bu erkən cinsi yetkinlik problemindən xəbər verə bilər. Erkən cinsi yetkinliyin səbəbləri sırasında gizli qalan ciddi ginekoloji xəstəliklər, yumurtalıqların, baş beyinin və böyrəküstü vəzinin törəmələri, və ya baş beyinin infeksiyaları ola bilər.
Klinikamızın yeniyetmə ginekologiyası bölümündə yetkinlik dövrünü keçən qızların sağlamlığının mühafizəsi təmin olunur, aybaşılar və ya menstruasiya ilə bağlı hər hansı pozuntuların aradan qaldırılmasına yönələn müalicə tədbirləri aparılır.
Klinikamızda cinsi yetkinlik dövründə inkişaf edən pozuntuların aradan qaldırılmasına multidissiplinar yanaşma tətbiq edilir. Müvafiq hərtərəfli müayinə və qiymətləndirmə nəticəsində diaqnozun dəqiqləşdirilməsi aparılır və fərdi müalicə planı tərtib edilir. Müayinə və müalicə planının hazırlanmasına, lazım olduqda, endokrinoloq, ginekoloq, psixoloq və psixiatr da cəlb edilir.
Cinsi yetkinlik dövrü ilə əlaqədar inkişaf edən psixoloji problemlərin qarşılanması ciddi əhəmiyyət kəsb edir.
Perinatologiya
Poliklikamızım Perinatologiya bölməsi hamiləliyin planlaşdırılması dövründə, hamiləlik və doğuşdan sonrakı dövrlərdə ananın və onun körpəsinin sağlamlığının mühafizəsi məsələləri ilə məşğuldur.
Qadın orqanizmini sağlam hamiləlik üçün düzgün hazırlanması, hamiləliyi ağırlaşdıra biləcək halların və ya xəstəliklərin erkən aşkarlanması və onların müalicəsi, habelə hamiləlik dövründə müşahidənin aparılması şöbənin təcrübəli mütəxəssisləri tərəfindən aparılır.
Hamiləliyin qadının həyatında çox həssas bir dövr olduğunu nəzərə alaraq, Perinatologiya bölməsinin həkimlərinin əsas məqsədi sağlam hamiləlik və doğuşu və dünyaya sağlam uşağın gəlişini təmin etməkdir.
Perinatologiya bölməsində aşağıdakı prosedurlar aparılır:
- Hərtərəfli ultrasəs müayinəsi (hamiləliyin 20-22-ci həftəsi ərzində aparılır və dölün hər hansı anomaliyalar və ya qüsurlara skrininqini nəzərdə tutur),
- Hamiləliyin 11-12-ci həftəsi ərzində aparılan ultrasəs müayinəsi (preeklampsiyanın inkişafı riski, dölün bətndaxili inkişafdan qalması hallarının və hamiləlikla bağlı digər mümkün risklərin müəyyən edilməsindən ibarətdir),
- Hamiləlikdən əvvəl və hamiləlik dövründə həm ananın, həm də onun gələcək körpəsinin damarlarında qan axının müayinəsi (Doppler müayinə),
-
Amniosentez (dölətrafı mayenin punksiyası), xorionbiopsiya (dölətrafı toxumadan nümunələrin götürülməsi, kordosentez (uşaqlığın və göbək ciyəsinin punksiyası ilə laborator analizlər üçün dölün qan nümunəsinin əldə edilməsi).