Ultrasəs müayinə – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodudur. Metodun təməlini, insan orqanizminin toxumalarından keçib, həmin toxumaların sıxlığından asılı olaraq fərqli şəkildə əks olunan, ultrasəs dalğalarının ötürülməsi təşkil edir.
Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir.Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.
Doppleroqrafiya - Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.
Referans Poliklinik filiallarında aşağıdakı orqan və sistemlərin Ultrasəs müayinəsi aparılır:
- Qarın boşluğu orqanlarının müayinəsi
- Sidik-ifrazat sistemi orqanların müayinəsi
- Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi
- Neyrosonoqrafiya müayinəsi
- Ginekoloji USM
- Kişi cinsiyyət sistemi orqanlarının müayinəsi (transabdominal)
- Endokrin sistemi vəzilərinin müayinəsi
- Göz dibi müayinəsi
- Süd vəziləri müayinəsi
- Hamiləliyin təyini və detallı müayinəsi
- Arerial və venoz dopler müayinəsi
Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.
- Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır. Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
- Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
- Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
- Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.
USM (Ultrasəs müayinə) aparıldığı filiallarımız:
- Referans Klinik Laboratoriya Mərkəzi: Bakı şəh., Nərimanov ray., M.Məmmədzadə küç. 8A
- Referans Poliklinik Nəsimi filialı: Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25 A
- Referans Poliklinik Əhmədli filialı: Bakı şəh., Xətai ray., M.Hadi küç.229D
- Referans VIP filialı: Bakı şəh., Səbail ray., Z.Əliyeva küç. 107A
- Referans Poliklinik Bayıl filialı: Bakı şəh., Səbail ray., Akademik Ə.Yaqubov küç. 19
- Referans Yasamal Filialı, Bakı şəh., Yasamal ray., H.B.Zərdabi küç. 69D
- Referans Poliklinik Mərdəkan filialı: Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Yesenin küç.58
- Referans Estetik Mərkəzi: Bakı şəh., Nərimanov r., M.Araz küç. 105A
- Referans Wellbeing Center, Nəsimi ray., M. Kaveroçkin küç. 13
- Referans Xırdalan Tibb Mərkəzi, Xırdalan şəh., H.Əliyev pr.167, AAAF Park
- Referans Masazır filialı, Abşeron ray., Masazır kəndi, Ə.Vahid küç.798- Referans Sumqayıt Tibb Mərkəzi: Sumqayıt şəh., S.Vurğun küç.119
- Referans Quba Tibb Mərkəzi: Quba şəh., Maksim Qorki küç.
- Referans Xaçmaz Tibb Mərkəzi: Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Qəbələ Tibb Mərkəzi: Qəbələ şəh., Abbas Səhhət küç. 25 A
- Referans 36.6 Med Referans Gəncə filialı: Gəncə şəh., Atatürk pr.120B
- Referans Masallı Tibb Mərkəzi: Masallı ray., Qarabağ küç. 20
- Referans Naxçıvan Tibb Mərkəzi, Naxçıvan şəh., 11-ci Məhəllə
- Referans Tovuz Tibb Mərkəzi, Tovuz ray., M.H.Şəhriyar küç. (Tovuz Rayon İcra Hakimiyyətinin yanı)