Elektrokardioqrafiya (EKQ) – ürəyin fəaliyyəti nəticəsində yaranan elektrik impulsların qeydiyyatını aparan funksional diaqnostika metodudur. Bu sadə və informativ müayinənin köməyi ilə ürək ritmi, ürək vurğularının gücü və tezliyi təsbit edilir, həmçinin, ürək əzələsinin qan ilə təmin olunması dəyərləndirilir.
Elektrokardioqramma (EKQ)– ürəyin bioelektrik aktivliyinin müayinə üsuludur. Həm yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış və ayrılmaz metodudur. Ritm və keçiriciliyin pozulmalarında, mədə və ürək qulaqcıqlarının hipertrofiyasında, ürəyin işemik xəstəliklərində, miokard infarktında və digər ürək xəstəliklərində elektrokardioqramma əvəzolunmaz diaqnostika üsuludur. Profilaktika üçün hər bir insana müntəzəm olaraq EKQ olunması mütləqdir.
Elektrokardioqrammaya göstərişlər:
- İstənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları, infarkt və s.)
- 40 yaşdan sonra ildə 1 dəfə
- Siqaret çəkmə
- Hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi)
- Hamiləlik
EKQ (Elektrokardioqramma) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Poliklinik Nəsimi filialı, Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25 A
- Referans Poliklinik Əhmədli filialı, Bakı şəh., Xətai ray., M.Hadi küç. 229 D
- Referans Poliklinik Bayıl filialı, Bakı şəh., Səbail ray., Akademik Ə.Yaqubov küç. 19
- Referans VIP filialı, Bakı şəh., Səbail ray., Z.Əliyeva küç. 107A
- Referans Poliklinik Mərdəkan filialı, Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Yesenin küç.58
- Referans Estetik Mərkəzi, Bakı şəh., Nərimanov r., M.Araz küç. 105A
- Referans Xırdalan Tibb Mərkəzi, Xırdalan şəh., H.Əliyev pr.167, AAAF Park
- Referans Sumqayıt Tibb Mərkəzi, Sumqayıt şəh., S.Vurğun küç.119
- 36.6 Med Referans Gəncə filialı, Gəncə şəh., Atatürk pr.120B
- Referans Qəbələ Tibb Mərkəzi, Qəbələ şəh., Abbas Səhhət küç. 25 A
- Referans Quba Tibb Mərkəzi, Quba şəh., Maksim Qorki küç.
- Referans Xaçmaz Tibb Mərkəzi, Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Masallı Tibb Mərkəzi, Masallı ray., Qarabağ küç. 20