Elektroensefaloqrafiya (EEQ) - insanın sinir sistemi 10 milyarda yaxın sinir hüceyrəsindən təşkil olunmuşdur. Bu hüceyrələrin böyük hissəsi baş beyində digər qismi onurğa sutunu və digər orqanlarda yerleşir. Bu sinir hüceyrələri daima bir birilə əlaqə halındadır. Bu əlaqələr beynin eletrik aktivliyini təmin edir.
EEQ diaqnostika üsulu beyindəki elektrik aktivliyinin ölçülərək beyin funksiyaları haqqında məlumat əldə etməyə imkan verir. Bu diaqnostika üsulundan aşağıdakı hallarda istifadə olunur:
- Epilepsiya
- Ensofalopatiya
- Beynin bəd və xoş xassəli şişləri
- Beyin iltihabı ( ensefalit)
- İnsult
- Yuxu pozuntuları
- Psixi xəstəliklər
- Yaddaş problemləri
- Alzheimer xəstəliyi
- Neyropsixiatrik xəstəliklər
Bu üsülü həyata keçirmək üçün elektrodlar yapışdırıcı maddə koməkliyi ilə baş dərisinə və qulaq ucuna yapışdırılır. EEQ ağrılı bir prosedur deyil. İnsanin ayıq və yuxu vəziyyətində beynin aktivliyi dəyişdiyi üçün həkimin istəyi ilə EEQ hər iki halda çəkilə bilər.
EEQ çəkilən zaman aşağıdakılara riayət edilməlidir:
• Saç dərisi təmiz olmalıdır
• 24 saat əvvəl kofein istifadəsi dayandırılmalıdır
• Daimi istifadə olunan dərman varsa həkimə bu haqda məlumat verilməlidir
EEQ zamanı həkim xəstədən gözlərini açıb bağlamağı, kiçik bir riyazi hesablama etməyinizi, bir şəklə baxmağınızı, bir yazı oxumağınızı, yanıb sönən bir ışığa baxmağınızı istəyə bilər. Bu fəaliyyətlər zamanı beynin funksiyaları dəyişdiyi üçün EEQ diaqnostika üsulunda önəmli rol oynayır.
EEQ proseduru 60 dəqiqə ərzində icra olunur.
EEQ (Elektroensefaloqrafiya) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Poliklinik Nəsimi filialı, Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25 A
- Referans Poliklinik Əhmədli filialı, Bakı şəh., Xətai ray., M.Hadi küç. 229 D
- Referans Poliklinik Mərdəkan filialı, Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Yesenin küç.58
- 36.6 Med Referans Gəncə filialı, Gəncə şəh., Atatürk pr.120B
- Referans Masallı Tibb Mərkəzi, Masallı ray., Qarabağ küç. 20
- Referans Qəbələ Tibb Mərkəzi, Qəbələ şəh., Abbas Səhhət küç. 25 A
- Referans Quba Tibb Mərkəzi, Quba şəh., Maksim Qorki küç.