ROS1 füzyon mutasiyaları: Ağciyər xərçənglərinin təxminən 2%-də ROS1 füzyon mutasiyası görülür. ROS1 füzyonları, az və ya heç siqaret çəkməyən gənc xəstələrlə və adenokarsinomalarla əlaqələndirilmişdir. ROS1 füzyonu daşıyan xəstələr, ALK füzyon mutasiyalarına bənzər kliniki xüsusiyyətlərə malikdirlər. Klinika öncəsi modellərdə ROS1 füzyon mutasiyası olan xəstələrdə crizotinibə həssaslıq təsbit edilmişdir. Crizotinib-in ROS1füzyon mutasiyaları üzərində daha təsirli olduğu görülmüşdür.