Fosfolipid anticisimlər
Antikardiolipin antitellərinin pozitiv olması, anti fosfolipid sindromu ehtimalını təsdiqləyən bir kriteriya olaraq qəbul edilir. IgG sinfi olan anti kardiolipin antitellərinin tromboza meyilliliyi digər siniflərə nisbətən daha çox olduğu məlumdur. Kollagen toxuma xəstəlikləri ilə əlaqəli olan antitellər daha çox IgG sinfindəndir. Yalnız IgM sinfi antitellərinin mövcudluğu halında pozitivliyin infeksiya törədicisi ilə əlaqəli və keçici olma ehtimalı daha yüksəkdir.
Antifosfolipid sindrom diaqnozunun kriteriyalarına görə, tək bir dəfə aparılan analiz nəticəsinə istinad edilməməli, ən azından 6 həftə sonra yoxlama yenidən təkrarlanmalıdır.
Sifilis başda olmaqla, bəzi infeksion xəstəliklərdə antifosfolipid antiteli testlərində yalançı pozitiv nəticə olma ehtimalı nəzərdə saxlanmalıdır.