Şəkər (aclıq)
Şəkərli diabet xəstəliyinin diaqnostikası və müalicəsinin təqibi məqsədi ilə istifadə olunur.İnsulin hormonunun sintez edilib ifraz olunmaması,müqavimət səbəbi ilə kifayət qədər təsir göstərməməsi və ya eyni anda hər ikisi ilə əlaqəli deffektlərin bir arada olması səbəbi ilə meydana çıxan və hiperqlikemiya ilə xarakterizə edilən bir xəstəlikdir. Qanda qlükoza konsentrasiyasının xroniki bir şəkildə yüksəlməsi, başda gözlər, böyrəklər, sinirlər, ürək və damarlar olmaqla bir çox toxuma və orqanda zədələnməyə, funksiya pozğunluğuna və çatışmazlığa şərait yaratdığından, diaqnozun erkən qoyularaq qanda qlükoza konsentrasiyasının hədəflənən sərhədlər daxilində saxlanmasının təmin edilməsi böyük əhəmiyyət daşıyır.
Artmasına səbəb olan hallar:
• Hiperqlikemiya: şəkərli dia¬bet, epidemik ensefalit, MSS sifilisi, qalxanabənzər vəzin hormonal fəallığının artması; həmçinin böyrəküstü vəzin beyin və qabıq maddəsinin, hipofizin hormonal fəallığının artması; beyin şişi və travması, psixi və emisonal oyanma.
Azalmasına səbəb olan hallar:
• Hipoqlikemiya: uzunmüddətli aclıq; karbohidratların sorulmasının pozulması; qlikogen sintezinin pozulması və qaraciyərdə karbohidrat ehtiyatının azalması ilə əlaqədar xronik qaraciyər xəstəliyi; əksinsulyar hormon sekresiyasının pozulması ilə bağlı xəstəlik (hipopituitarizm, böyrək¬üstü vəzin xronik çatmamazlığı, hipotireoz); insulinin artıq dozada və ya düzgün olmayan təyini və peroral diabet əleyhi preparatların təyini zamanı.
Yüngül hipoqlikemik vəziyyətlər, "funksional hiperinsulinemiya" adlanan xəstəliklərdə rast gəlinir; piylənmə, yüngül dərəcəli II tip şəkərli diabet.
Bəzən MMS xəstəliklərində: yayılmış damar pozğunluğu, kəskin piogen meningit; vərəm meningiti; yumşaq beyin qişasının I-li və ya metastatik şişi; kriptokokk meningiti; epidemik parotit zamanı ensefalit; qeyri-bakterial meninqoensefalit; I-li amöb meninqoensefaliti; ağır hipoqlikemiya: insulinoma vəya mədəaltı vəzin β-hüceyrələrinin hiperplaziyası, üzvi hiperinsulinizm; sarkoidoz zamanı spontan hipoqlikemiya.