Total protein,TP
Ümumi zülalın miqdarı albumin və qlobulun fraksiyalarından asılıdır. Albumin qaraciyərdə, qlobulin isə limfositlərdə sintez olunur. Zülallar dövr edən qanın ümümi həcmini müəyyənləşdirirlər, immuniteti təmin edirlər, iltihabı reaksiyalarda iştirak edirlər. Qaraciyər, böyrək və sümük iliyi mənşəli xəstəliklərin araşdırılması və təqibi məqsədi ilə istifadə edilir. Ümumi olaraq qidalanma vəziyyətinin dəyərləndirilməsi zamanı da faydalı ola bilər. Ümumilə albumin ilə birgə dəyərləndirilir.
Qanda protein konsentrasiyasının yüksək ola bildiyi hallar:
Dehidratasiya, xroniki qaraciyər xəstəliklərinin bir hissəsi (bəzi sirroz halları, bəzi autoimmun hepatit halları), mieloma və Waldenstrom makroqlobulinemiyası kimi bəzi neoplastik xəstəliklər, lepra kimi tropikal xəstəliklər, sarkoidoz kimi qranulomatoz xəstəliklər, kollagen toxuma xəstəlikləri, xroniki iltihabi xəstəliklərin və infeksion xəstəliklərin bir hissəsi.
Qanda protein konsentrasiyasının aşağı ola bildiyi hallar: Hamiləlik, həddən artıq IV maye müalicəsi tətbiqi, bəzi sirroz və xroniki qaraciyər xəstəlikləri (xroniki alkoqolizm daxil olmaqla); Uzun müddətli immobilizasiya, ürək çatışmazlığı, nefrotik sindromlar, qlomerulonefritlər, protein itkisinə səbəb olan enteropatiyalar, Kİron xəstəliyi, xroniki xoralı kolit, aclıq, malabsorbsiya və ya az qidalanma halları, hpertiroidizm, yanıqlar, pemfiqus və bullyoz pemfiqoid kimi büllü xəstəliklər.
Artmasının səbəbləri:
• aktiv xroniki hepatit;
• autoimmun xəstəliklər;
• dehidratasiya;
• kəskin və xroniki infeksiyalar;
• qanın qatılaşması;
• limfoqranulematoz;
• mielom xəstəliyi;
• paraproteinemik hemoblastozlar;
• sarkoidoz;
• sistem xəstəlikləri.
Azalmasının səbəbləri:
• aclıq;
• ağır hepatit;
• amiloidoz;
• malabsorbsiya sindromu ( sorulmanın pozulması);
• böyrək çatmamazlığı;
• xroniki enterokolit;
• infeksion –iltihabi proseslər;
• kardiospazm;
• qan itirmə;
• qaraciyər çatmamazlığı;
• qida borusu, mədə-bağırsaq şişləri;
• qızdırma vəziyyətləri;
• qlomerulonefrit;
• nefrotik sindrom;
• ödem sindromu, ekssudat, transsudat, assit;
• şəkərli diabet;
• tireotoksikoz;
• yumşaq toxumaların həcmli travmaları (yanıqlar, davamlı sıxılma sindromu, abseslər).