Allerqoloji Tənəffüs Paneli
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.
Pollinoz - bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs allergiyası zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə daxil olur. Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.
Dərman allergiyası- dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.
Qida allergiyası - zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır.
Mövsümi allergenlər (ağaclar, otlar və otların polenləri) bütün il boyu baş verən qapalı allergenlər (ev tozu gənələri, ev heyvanları və kif sporları) kimi rol oynayır.
Allergik təzahürlər allergenlə hər dəfə təmasda olduqda daha da güclənir.
Sistemli allergik reaksiya baş verərsə, ciddi, hətta həyati təhlükəsi olan reaksiyalar (anafilaktik şok) baş verə bilər.
Allerqoloji Tənəffüs Paneli ilə aşağıda qeyd olunan allergenlərə qarşı həssaslıq reaksiyası təyin olunur:
d1 D. Pteronyssinus (Ev tozu gənəsi)
d2 D. Farinae (Ev tozu gənəsi)
e1 Pişik epiteli
e5 İt epiteli
e72 Siçan ifrazat proteini
g2 Donuz ayrıqotu
g5 Çovdar otu
g6 Çayır otu
g10 Sorqo otu
i6 Tarakan
m1 Penicilium notatum (Natamam göbələk)
m2 Cladosporium herbarum (Kif göbələyin sporu)
m3 Aspergillus fumigatus (Kisəli göbəyin sporu)
m6 Alternaria alternata
t1 Amerika ağcaqayını
t2 Boz qızılağac
t3 Ağcaqayın
t6 Dağ ardıcı
t7 Palıd ağacı
t247 Amerika qaraağacı
t9 Zeytun ağacı
t10 Qoz ağacı
t11 Ağcayınyarpaq çinar
t14 Qovaq ağacı
t25 Kül
t19 Akasiya ağacı
t70 Tut ağacı
w1 Yovşanyarpaq ambroziya
w6 Adi yovşan
w11 Şorangə
w14 Geriqatlanan pəncər
w18 Əvəlik
w20 Gicitkən
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.