Ümumi IgE səviyyəsi də daxil olmaqla, 295 allergen və allergen molekullarından ibarət, həssaslıq (sensitivlik) profili haqqında hərtərəfli məlumat verən çoxkomponentli bir testdir. Patentə sahib olan texnologiya prinsipi eyni vaxtda yüzlərlə allergeni yoxlamaq üçün nəzərdə tutulub və hər bir göstəricinin dürüstlüyünə zəmanət verir.
Antihistaminlərin, hormonal dərmanların, antileykotrien preparatların, steroidlərin və digər dərman preparatlarının istifadəsi ilə testin nəticələrinə təsir etmir.
Komponentlər 117 allergen ekstraktı və 178 allergen molekulundan ibarətdir. Bunlara məhdud çarpaz reaktivliyə malik lipid daşıma zülalları LTP (Lipid Transfer Protein) və PR-10 qrupundan olan protein molekulları daxildir. Eləcə də, tamamilə yeni, həm bitki, həm də heyvan mənşəli markerlər (məsələn, Acarus siro, Malassezia sympodialis, Anisakis simplex) daxildir.
Alex Testi kəmiyyətcə bərk fazalı immunoassaydır. Xəstənin zərdabında olan spesifik IgE anticisimləri makro-arraydakı allergenlərlə (ekstraktlar və yaxud komponentlər) birləşir. CCD inhibitorunun əlavə edilməsi ilə qeyri-spesifik reaksiyalar azalır və beləliklə testin spesifikliyi artır. Bağlı IgE anticisimləri aşkar etmək üçün kolorimetrik üsul istifadə olunur. Allergenin xüsusi IgE testinin nəticəsi kəmiyyətcə KUA/L kimi göstərilir.
ALEX 2 allergiya testinin üstünlükləri:
• Mövcud olan allergenlərin ən geniş çeşidi;
• Eyni vaxtda ümumi və spesifik IgE-nin səviyyələrinin təyini;
• Yaş məhdudiyyətinin olmaması;
• Sağlamlıq üçün (dəri prick testindən fərqli olaraq) riskin olmaması;
• Heç bir əks göstərişinin olmaması;
• Fərdi olaraq optimallaşdırılmış tam allergen paneli;
• Əsas və çarpaz reaktiv allergenlərin ətraflı identifikasiyası;
• Fərdi allergenlərin kəmiyyət təhlili;
• Müalicənin dayandırılmasının tələb edilməməsi (testin nəticəsinin göstəriciləri dərman preparatlarının istifadəsi ilə təsirlənmir);
• Allergendən spesifik terapiyanı (ASIT) seçmək üçün istifadə olunur;
• Unikallığı;
- İlin istənilən vaxtında (hətta allergiyaya səbəb ola biləcək bitkilərin çiçəkləmə dövründə) keçirilə bilər;
- Allergiyanın kəskinləşməsi zamanı və ya yüngül simptomları olduqda;
- Antiallergik dərman qəbulu zamanı və s.
ALEX 2 testi kimlərə və hansı şikayətlər zamanı tövsiyə olunur?
- Uzun müddətli allergik simptomları olanlara (Burun tutulması, asqırma, sulu axıntı və burun qaşınması);
- Astma simptomlarının artması (öskürək, nəfəs darlığı, nəfəs darlığı hissi);
- Şişkinlik, ishal, ürəkbulanma və ya qusma;
- Gözlərin qızarması, qaşınması və sulanması
- Dəridə səpgi, qızartı, qaşınma;
- Eyni vaxtda həm tənəffüs, həm də qida allergiyası simptomları müşahidə olunduqda;
- Həqiqi allergiyanı təsdiqləmək üçün;
- Mümkün çarpaz reaksiyaları təyin etmək üçün;
- Nadir allergenlərə qarşı sensibilizasiya şübhəsi zamanı;
- Çoxlu qida və həşərat zəhərinə qarşı reaksiya zamanı;
- Həyatın ilk ilində atopik dermatiti olan uşaqlara;
- Anafilaktik reaksiyaların səbəbini təyin etmək üçün;
- Keçmişdə məlum olmayan səbəblərdən ağır allergik (anafilaktik) reaksiyalar baş verən hallarda;
- Davam edən antiallergik terapiyanın effekti olmadığı zaman;
- Allergen spesifik immunoterapiyanın (ASIT) təyin edilməsinə ehtiyac olduğu zaman;
- Fərdi diaqnostik molekulyar panellərin və ya prick testlərinin səmərəsizliyi zamanı;
- Allergenlərə olan şiddətli reaksiya riskini müəyyənləşdirmək üçün.
Qeyd:
1.IgE-nin aşkar edildiyi maddələrlə təmasda olduqda, xəstədə heç bir əlamət yoxdursa, bu, asimptomatik sensibilizasiyanın olduğunu göstərə bilər. Gələcəkdə o, allergiyaya səbəb ola bilər. Buna görə də gələcəkdə allergiyanın inkişafının qarşısını almaq üçün qidalanma və yaşayış yerlərinin seçimində müəyyən edilmiş amillər nəzərə alınmalıdır.
2.Allergiya əlamətləri olduqda (burun axma, səpgi, qaşınma və s.) testin nəticəsi mənfi olarsa (spesifik immunoqlobulinlərin səviyyəsi E "0,10 kUA / L), bu o deməkdir ki, sensibilizasiya aşkar edilməmişdir - simptomlara digər xəstəliklər və ya şərtlərin (soyuqdəymə, qidaya qarşı həssaslıq, histamin intoleransı, laktoza çatışmazlığı) təsiri səbəb ola bilər.
3. Test nəticələrinə əsasən, ekstraktlara və allergen molekullarına qarşı spesifik IgE aşkar olunmaya bilər, lakin ümumi IgE-nin səviyyəsinin yüksək çıxma ehtimalı var.
Ümumi IgE-nin konsentrasiyasının artması adətən bir insanın allergiyası olduğunu göstərmir. Qanda ümumi IgE səviyyəsinin yüksəlməsi aşağıdakı hallarda aşkar edilə bilər:
• ilkin immun pozğunluğu;
• yoluxucu, parazitar xəstəliklər;
• autoimmun, iltihabi, onkoloji xəstəliklər və s.