28.06.2024-cü il tarixində “Referans Medical Group” tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində Bankın heyəti üçün ''Əməkdaşların sağlamlıq düsturu'' mövzusunda seminar təşkil olunub. Seminar “Referans Medical Group” daxilində fəaliyyət göstərən fizioterapiya və reabilitasiya üzrə həkim və orta tibb heyəti tərəfindən keçirilib.
Seminar çərçivəsində Referans Poliklinik Nəsimi filialının Fizioterapiya və Reabilitasiya üzrə mütəxəssisi Uzm. Dr. Taha Alper Çiber “Qamət-duruş pozğunluqları və əzələ sağlamlığı” haqqında iştirakçılara faydalı məlumat təqdim edib.
Tərəfdaşlarımıza bizi seçdikləri üçün təşəkkürümüzü bildiririk!
840 | 10.07.2024