14 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Referans Medical Group və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) birgə təşkilatçılığı ilə "Klinik laborator diaqnostikada müasir prinsiplər" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur.
Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib.
Konfransda Referans Klinik Laboratoriya Mərkəzindən dəvətli 10 mütəxəssis tərəfindən laborator diaqnostikada ən son yenilikləri və xüsusi laborator testləri əks etdirən məruzələr təqdim etdilər. Tədbir zamanı iştirakçıların sualları ətraflı cavablandırıldı və müxtəlif kliniki hallar üzərindən interaktiv müzakirələr keçirildi.
Konfransda müxtəlif ixtisaslarda 200-ə yaxın həkim iştirak etmişdir. Konfransın məqsədi Naxçıvan Muxtar Respublikası daxilində fəaliyyət göstərən həkimlərə müasir laborator yanaşmalar barədə ətraflı məlumat vermək və maarifləndirməsi olmuşdur. Referans Klinik Laboratoriya Mərkəzi tərəfindən növbəti il ərzində də mütəmadi olaraq Naxçıvanda bu tip seminar və konfransların keçirilməsi nəzər tutulub.
Təşkilatı dəstəyə və iştiraka görə hərkəsə təşəkkür edirik.
128 | 17.12.2024