Vitamin D əskikliyi zamanı müşahidə olunan şikayətlər:
- Saç tökülməsi
- Sümük-əzələ və oynaq ağrıları
- Həddindən artıq tərləmə
- Dəri quruluğu
- Yorğunluq, halsızlıq
- Depressiv hallar
- İmmun sistemin zəifləməsi
- Metabolizmanın zəifləməsi (çəki ata bilməmək)
Qanda vitamin D yoxlanılması vacib olan yüksək risk qrupu sayılan şəxslər:
- Yaşlılar
- Tünd rəngli dəri tipinə sahib olanlar
- Piylənmə (artıq çəkili insanlar)
- Yetərli dərəcədə günəş şüası qəbul etməyənlər
- Osteoporozlu xəstələr (sümük əriməsi)
- Qeyri-travmatik (spontan) sınıqları olanlar
- Osteomalaziya
- Malabsorbsiya sindromları
- Xronik böyrək çatışmazlığı
- Xronik qaraciyər xəstəlikləri
- Hiperparatiroidi
- Şəkərli Diabet
- İnsulin dirənci
- Qalxanabənzər vəzin autoimmun xəstəlikləri olan şəxslər
Bədənimizdə D vitaminin düzgün miqdarını göstərən ən yaxşı parametr, serum 25 (OH) D vitamin analizidir.
D vitamini çatışmazlığının profilaktikası :
0-1 yaş uşaqlarda profilaktik doza 400-600 İU/gün.
1-18 yaş uşaqlarda 600-1000 İU/gün.
>18 şəxslərdə 1500-2000 İU/gün.
Xüsusi hallarda, o cümlədən piylənmə və malabsorbsiya sindromu olan xəstələrdə, qanda serum 25(OH) D dəyərindən asılı olaraq xəstələrə həkim nəzarətində daha yüksək dozalar təyin edilə bilər.
Hamilələrdə D vitamini istifadəsi: Dölün skelet-əzələ inkişafında, kalsium və fosfor çox gərəklidir. Kalsium və fosforun sorulmasının D vitaminindən asılı olduğunu düşünərsək, hamilələrdə 4000 IU/gün doza qəbul edilməlidir.
Ətraflı məlumat üçün Referans Sumqayıt Tibb Mərkəzimizin Terapevti Dr. İlahə Əmirovaya təşəkkür edirik. Postu sağa sürüşdürərək həkimimizin müayinə və müalicə istiqamətləri ilə tanış ola bilərsiniz.
Referans Sumqayıt Tibb Mərkəzi: Sumqayıt şəh., S.Vurğun küç.119
Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 77 379 00 33; +994 18 655 03 33

12760 | 18.04.2024
Mövzu üzrə həkimlər
- Rəylər
Загрузка комментариев...