Boy qısalığı nədir və necə aşkar olunur?
Boy qısalığının ən çox səbəbləri arasında fiziki və cinsi inkişaf ləngiməsi və ailəvi boy qısalıqları olur. Bunlardan başqa;
-Qida qəbulunun və rasionun düzgün olmaması
-Xroniki xəstəliklər və xroniki dərman istifadəsi
-Skelet displaziyaları
-Hipotiroidizm
-Turner sindromu kimi xromosom xəstəlikləri
-Böyümə hormonu çatışmazlığı
-Kuşinq sindromu kimi endokrin xəstəliklərdə uşaqlarda boy qısalığına səbəb ola biləcək faktorlardandı.
Uşaqlarda nələrə diqqət yetirilməlidir?
• Uşağınız ildə 5 sm-dən az böyüyürsə,
• Son aylarda böyümə yavaşlayırsa və uşağınız həmyaşıdlarından geri qalırsa,
• Son 1 ildə paltar ölçüsü dəyişməyibsə,
• Son 1 ildə ayaqqabı ölçüsü dəyişməyibsə,
• Uşağınız sinifdə digər uşaqlara nisbətən balaca olduğundan şikayət edirsə,
• Əgər yaşıdlarından balaca qaldığı üçün özünə qapalıdırsa və özündən yaşca balaca oyun dostları seçirsə, mütləq şəkildə uşaq endokrinoloquna müraciət edin.
Məlumat üçün Referans Poliklinik Nəsimi filialının Uşaq Endokrinoloqu Dr.Samirə Nəsibovaya təşəkkür edirik.
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
Mövzu üzrə həkimlər
Uşaq Endokrinoloqu
Dr. Samirə Nəsibova
- Rəylər
Загрузка комментариев...