Gözlər bizim ətrafı görmək, dərk etmək üçün ən vacib orqanımızdır. Gözümüzü günəş şüalarından, tozdan, çirkli havalardan, allergenlərdən qorumağa çalışmalıyıq. Günəşin ultrabənövşəyi şüaları gözə düşdükdə konyuktivanı, buynuz qişanı, bulluru və hətta göz dibindəki torlu qişanı belə zədələyə bilər. Bu zaman gözümüzdə qızartı, sulanma, göynəmə və görmənin dumanlaşması kimi hallar baş verir. Orqanizmimiz bu şüalardan tam qoruna bilmir. Ona görə də bizə qorunmaq üçün əlavə üsullara ehtiyac yaranır. Onlardan biri də tünd rəngli xüsusi gün eynəkləridir. Bu eynəklər günəşin zərərli şüalarının gözə keçməsinin qarşısını alır. Gün eynəkləri eyni zamanda havada uçuşan allergenlərin gözümüzə düşməsinin də qarşısını alır. Eynəklərdən yayda açıq havada olarkən, çimərliklər də olarkən və maşın sürərkən istifadə etmək məsləhət görülür. Eynəklərdən istifadə etməklə gözümüzü həm də gələcəkdə yarana biləcək bir çox xəstəliklərdən qorumuş oluruq.
Həmişə sağlam olun və gözəl görən gözlərə sahib olun.
Ətraflı məlumat üçün Referans Xırdalan Tibb Mərkəzimizin Oftalmoloqu Dr. Şəhla Adıgözəlovaya təşəkkür edirik.
Referans Xırdalan Tibb Mərkəzi: Xırdalan şəh., H.Əliyev pr.167, AAAF Park
Çağrı Mərkəzi: *0033
Əlaqə nömrəsi: +994 70 316 00 33
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
584 | 20.06.2024
Mövzu üzrə həkimlər
Oftalmoloq
Dr. Şəhla Adıgözəlova
- Rəylər
Загрузка комментариев...