Psixoz və Nevroz bəzən eyni bir hal kimi nəzərdə tutulur, lakin çox fərqlidir.
Psixoz insanın elə bir düşüncə halıdır ki, bu zaman insan reallıqla, xəyali düşüncələri ayıra bilmir. Buna misal hallüsinasiyalar ola bilir. Eşitmə və görmə hallüsinasiyaları şəklində daha çox rast gəlinir. Eyni zamanda bu vəziyyətdə olan insanlarda tutarsız danışıqlar, vəziyyətə uyğun olmayan davranışlar, yuxu pozğunluqları, depressiya, sosial həyatdan uzaqlaşma görə bilirik.
Nevroz zamanı isə pasiyentlərin gözünə görünmələr, olmayan səslər eşitmə kimi reallıqdan uzaq əlamətlər olmur. Bu zaman pasiyentlərdə qorxu, təşviş-həyəcan, əsəbilik, depressiyaya meyillik, daimi gərginlik və yorğunluq, iştah pozuntusu, patoloji səliqəlilik, həddindən artıq yuxululuq və ya yuxuya getməkdə çətinlik və.s kimi hallar rast gəlinir.
Ətraflı məlumat üçün Referans Poliklinik Əhmədli filialımızın Nevroloqu Dr. Gülanə İsmayılovaya təşəkkür edirik.
Referans Poliklinik Əhmədli filialı: Xətai ray., M.Hadi küç. 229D
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
Mövzu üzrə həkimlər
Nevroloq
Dr. Gülanə İsmayılova
- Rəylər
Загрузка комментариев...