Qastropanel sağlam mədə ilə qeyri-sağlam mədə arasında fərq qoymaq üçün etibarlı testlər toplusudur. Bu, endoskopiya kimi boru istifadə edilən bir prosedur deyil, qeyri-invazivdir. Yalnız qan alınmaqla həyata keçirilən əməliyyatdır. Endoskopiya mədə şikayətlərinin diaqnostikasında tez-tez istifadə edilən üsuldur. Endoskopiya, ucunda mikro kamera olan borunu udmaqla aparılan mədə müayinəsidir. Ancaq bu, pasiyent üçün çətin bir prosedurdur və pasiyentlər ümumiyyətlə bu prosedurdan qaçırlar.
QastroPanel testi xəstədən yalnız qan alınaraq edilən bir testdir. Alınan qanda Helicobacter pylori anticisimlərinin və mədənin müxtəlif hissələrini aktivləşdirən 3 hormonun səviyyəsi yoxlanılır:
-Pepsinogen 1/2
-Qastrin
-H.Pylori İgG/İgM
QastroPanel endoskopiya etmək istəməyən və borunu udmaq istəməyənlər üçün asan və çox rahat alternativdir.
Müxtəlif ölkələrdə aparılan tədqiqatlarda QastroPanel ilə qastroskopiya və biopsiyanın nəticələri arasında böyük bir uyğunluq müşahidə edilmişdir.
Qan analizinə hazırlıq qaydaları :
• Analiz venadan götürülmüş qan nümunəsində yoxlanılır.
• Analiz səhər acqarına, 8-14 saatlıq aclıqdan sonra (su içə bilərsiniz) verilməlidir.
• 24 saat ərzində yağlı qidalardan uzaq durmaq lazımdır.
• Analizdən 1 həftə əvvəl mədə ifrazına təsir edən dərmanlar qəbul etməkdən çəkinmək lazımdır (həkimlə məsləhətləşdikdən sonra!).
• Analizdən 1 gün əvvəl mədədə ifraz olunan xlorid turşusunu neytrallaşdıran dərmanlar qəbul etməkdən çəkinmək lazımdır (həkimlə məsləhətləşdikdən sonra!).
• Analizdən 24 saat əvvəl spirtli içki qəbul etməmək məsləhətdir.
• Analizdən 30 dəqiqə əvvəl siqaret çəkməmək, emosional və fiziki gərginlikdən uzaq durmaq məsləhətdir.
Test bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
1156 | 08.02.2024
- Rəylər
Загрузка комментариев...