Yay ayları yaxınlaşarkən bütün dermatoloqlar pasiyentlərə günəşdən qoruyucu kremlərdən istifadə etməyi tövsiyə edir.
Günəşdən qoruyucu kremlər dərinizi zərərli Ultrabənövşəyi ( UVA, UVB) şüalarından qorumaq üçün mühüm məhsuldur.
Günəşdən qoruyucu kremi seçərkən nəyə fikir verməliyik
1. Dəri tipinizə uyğun məhsulun tərkibinə fikir verməlisiz, əks təqdirdə o sizin dərinizə zərərli ola bilər. 2. SPF ( yani günəş qoruyucu faktor ) yay aylarında 50-dən az olmamalıdır.
3. Kremi yalnız üz nahiyəsinə yox, həm də boğaz, dekolte və açıq yerlərə çəkməlisiniz.
4. Risk faktor qrupuna aid pasiyent sayılırsınızsa ( nəsildə rast gələn dəri xərçəngi , ağ dəri tipi, həssas dəri tipi) günəşdən qoruyucu kreminizi hər 2,5-3 saatdan bir yeniləməlisiniz.
5. Uşaqların dərisi UV şüalara daha həssasdır və onların dərisinin qorunmasına maksimum diqqət yetirmək lazımdır.
Ətraflı məlumat üçün Referans Poliklinik Nəsimi filialımızın Dermatoloqu Dr. Şəfiqə Yusifovaya təşəkkür edirik. Doktorumuzun müayinə və müalicə istiqamətləri ilə postu sağa sürüşdürərək tanış ola bilərsiniz.
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

1632 | 18.06.2024
Mövzu üzrə həkimlər
Dermatoloq
Dr. Şəfiqə Yusifova
- Rəylər
Загрузка комментариев...