Check up - mütəmadi aparılan tibbi müayinələr kompleksi olub, əsasən praktik sağlam insanlar üçün nəzərdə tutulan skrininq xidmətidir. İnsanın özünə və sağlamlığına diqqətinin göstəricisi olmaqla, illik check up müayinə hər hansı xəstəliyin meydana çıxma riskini dəyərləndirməyə və vaxtında qarşısını almaq yollarını aydınlaşdırmağa imkan verir.
Check up kimlər üçündür?
Bütün şəxslər üçün bu xidmət əvəzedilməzdir. Hər bir sağlam insanın ildə 1 dəfə check-up müayinədən keçməsi son dərəcə əhəmiyyətlidir.
Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi hər yaş və risk qrupuna uyğun check up paketləri ilə xidmətinizdədir.
Kişi check up paketləri kimlərə məsləhət görülür?
- Ailəsində piylənmə, diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, xolesterin yüksəkliyi, mədə, bağırsaq, prostat xərçəngi xəstələri olanlar;
- Davamlı idman və ya pəhriz proqramına başlayacaq şəxslər;
- Gərgin rejimdə, stres altında çalışanlar;
- Siqaret çəkən və alkoqol istifadə edənlər.
Qadın check up paketləri kimlərə məsləhət görülür?
- Ailəsində piylənmə, diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, xolesterin yüksəkliyi, uşaqlıq boynu, süd vəzisi xərçəngi xəstələri olanlar;
- Davamlı idman və ya pəhriz proqramına başlayacaq şəxslər;
- Qısa zamanda çəki almış və ya kəskin çəki itirmiş olanlar;
- Sağlam menopauza dövrü keçirmək istəyənlər.
Uşaq check up paketləri kimlərə məsləhət görülür?
- Böyümə və inkişaf mərhələsində olduqları üçün bütun uşaqlar, xüsusən məktəbəqədər dövrdə olan, idmanla məşğul olan, tez-tez yoluxucu xəstəliklərə tutulan uşaqlar
Ümumi check up paketlər kimlərə məsləhət görülür?
- Ailəsində piylənmə, diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, xolesterin yüksəkliyi, xərçəng xəstələri olanlar;
- Gərgin rejimdə, istirahət etmədən çalışan, oturaq həyat tərzi keçirən, qeyri-düzgün qidalanma rejimində olanlar;
- Yaddaş zəifliyi, ruh düşkünlüyü, halsızlıq, yuxu pozğunluğundan şəkayət edənlər.
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

1940 | 21.08.2024
Mövzu üzrə həkimlər
Ailə həkimi-Terapevt, Check up üzrə mütəxəssis
Dr. Fərəh Məmmədova
Ailə həkimi-Terapevt, Check up üzrə mütəxəssis
Dr. Fərəh Məmmədova
Телефон
*0033
E-mail
info@referansclc.com
- Rəylər
Загрузка комментариев...