Bu layihə uşaqların tibbi, psixoloji və pedaqoji sağlam yetişdirilməsi kimi mühüm mövzuları əhatə edəcək.
Nəzərə alsaq ki, bu gün yetişdirdiyimiz körpələr sabah cəmiyyətimizdə önəmli mövqeyə sahib şəxsiyyətlər ola bilərlər, ona görə də yetişkinlər olaraq üzərimizə düşən ən böyük vəzifə onlara gecikmədən, elə bu gündən dəstək olmaqdır. Gələcək nəsilə sağlam dəstək vermək üçün isə maariflənməyə böyük ehtiyacımız var.
Müzakirə mövzuları – körpənin doğulduğu ilk gündən başlayaraq bağça, məktəbəqədər və məktəb dövrlərindəki tibbi, psixoloji dəstək kimi faktorların onların gələcək həyatına necə önəmli dərəcədə təsir etdiyini əhatə edəcək.
Biz, eyni zamanda, körpə və uşaqlarla bərabər gənc analara bu dövrlərdə dəstək olmaq və bu dəstəyin faydalarından bəhs edəcəyik. Gələcək nəsillərə sağlam fərdlər yetişdirmək üçün öncə biz böyüklər özümüzdən başlamalıyıq. Bu gün atdığımız hər düşünülmüş addım övladlarımız və cəmiyyətimiz üçün işıqlı gələcəyin təminatıdır.