Allergiya insan bədənin yad cisim kimi qəbul etdiyi qida, toz, heyvan tükləri, bal və bal məhsulları və müxtəlif maddələrə qarşı verdiyi reaksiyadır.
Belə ki, bir insanın orqanizminə yad olmayan və allergik reaksiya göstərməyən cisim başqa insanda ciddi allergik fəsadlara yol açır. Əsasən genetik faktorlara bağlı görülsə də sonradan qazanılmış xəstəlik hekayələrinə də rast gəlinir. Hər yaş qrupundan olan insanlarda görülə bilər. Dəri və tənəffüs reaksiyası olmaqla iki yerə bölünür.Allergiyanın əlamətləri qaşıntı, xronikləşmiş öskürək, ödem, tez – tez asqırma və nəfəs darlığıdır.
Bronxial astma - Bronxial asmamüxtəlif mənbəyi olan xəstəlikdir, səbəbləri arasında allergiya faktoru olsa da bəzən allergik reaksiya ikincili xarakter daşıyır. Asma xəstəliyi tənəffüs yollarının həssaslığının artması nəticəsində yaranan xronik bir xəstəlikdir. Təkrarlanan xroniki öskürək, xışıltı və bronxospazm şəklində təzahürləri görülə bilir. Son illərdə məişət tullantıları, sintetik cisimlərin istifadəsi və kirli hava bu xəstəliyin daha da geniş kütlədə yayılmasına səbəb olur.
Allergik rinit - İnsanın immun sisteminin hava yoluyla alınan bəzi maddələrə verdiyi allergik reaksiyadır. Baş ağrısı, asqırma, öskürmə, gözlərdə qaşıntı, burunda qaşıntı, burun axıntısı, burun tıxanıqlığı kimi əlamətləri vardır. Allergik rinit bəzi insanlarda mövsümə bağlı göründüyü halda digər qismində bütün il boyunca görülə bilər. Bu insanlara yun, quş tükü, heyvan tükləri, məişət tozları və digər allergenlərdən uzaq durulması məsləhət görülür.
Derman allergiyası - Dərman reaksiyası uyğun dozada dərmanın qəbul edildiyi halda həssas insan orqanizmi tərəfindən yad cisim olaraq qəbul edilib, müxtəlif allergik reaksiya şəklində özünü göstərməsidir. Dərman reaksiyası anidən ortaya çıxa bildiyi kimi bir necə saat hətta bir neçə gün sonra da özünü göstərə bilər. Bu allergik reaksiyanın hansı immun sistemi vasitəsilə yarandığına bağlıdır. Ən çox allergik reaksiyaya səbəb olan dərman qrupları penisillinlər, sefalosporinlər, eritromisin və B12 vitaminidir.
Qida allergiyası - Ağız yoluyla qəbul olunan hər hansı qidanın tərkib hissəsinə orqanizmin verdiyi reaksiyadır. Qoz, çiyələk, badam, buğda, soya məhsulları ən çox qida allergiyasına səbəb olan qidalardır. Qida allergiyası qaşıntı, ödem, tənəffüs yollarının şişməsi, ürək bulantısı, qusma, bayılma, anafilaktik şok kimi hallara səbəb olur. Qida allergiyası reaksiyaya səbəb olan qidanın ilk qəbulu zamanı deyil ikinci qəbulu zamanı meydana gəlir.
Dəri allergiyası - İnsan dərisi immun sistemin əsas orqanıdır. Dəri allergiyası onun müxtəlif allergenlərə qarşı reaksiyasıdır. Atopik dermatit, kontakt dermatit, kvinke ödemi və qurd eşənəyi ən çox rast gəlinən dəri allergiyalarıdır.
Anafilaktik şok - Anafilaktik şok orqanizmin bir allergenə verdiyi kəskin reaksiyadır. Anafilaktik şok hansısa dərmanın inyeksiyası, qida, böcək dişləməsi və digər səbəblərdən baş vere bilər. Allergenin bədənə daxil olmasından bir neçə saniyə içində və ya günlər ərzində yarana bilər. Bu bədənin immun sistemi ilə birbaşa bağlıdır. Şok zamanı dövr edən qana çoxlu miqdarda antigen ifraz olunur və bu da orqanizmdə bir çox allergik reaksiyanın eyni anda ortalığa çıxması ilə nəticələnir. Bu səbəbdən xəstəyə adrenalin inyeksiyası ilə yardım göstərilməzsə qisa zaman içində onun həyatını itirməyə səbəb ola bilər.