40 yaşdan yuxarı qadınlar üçün nəzərdə tutulmuş bu Check-Up sağlamlıq problemlərini hələ müalicə oluna bilən erkən mərhələdə aşkar etməyə imkan verir. 40 yaşdan yuxarı qadınlar ürək-damar xəstəlikləri, şəkərli diabet, iltihablı oynaq xəstəlikləri və ginekoloji bədxassəli xəstəliklərin inkişafı riski altındadır. Qadın orqanizminə xas olan normal fizioloji proses menopozun başlanğıcıdır ki, bu da fizioloji (osteoporoz və s.) və psixoloji problemlər (narahatlığın artması, panik ataklar və s.) ilə müşayiət oluna bilər.
Bu proqram 40 yaşdan yuxarı qadınların ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur və vaxtında aşkar edilmədikdə, sonradan ciddi problemlərə səbəb ola biləcək mümkün gizli patologiyaları müəyyən etmək üçün lazımi araşdırmaları əhatə edir.
Check-up’ a daxildir:
- Qanın kliniki analizi
- Kreatinin
- Total Xolesterol
- HDL Xolesterol
- LDL Xolesterol
- Triqliseridlər
- Ümumi Zülal
- Qələvi fosfataza (ALP)
- AST
- PTZ Panel
- ALT
- TSH
- QQT
- Qlükoza
- LDH
- Dəmir
- CEA
- CA 15-3
- CA 125
- Qlikohemoqlobin
- Prolaktin
- Estradiol
- FSH
Qiymət: 316 AZN
Panel bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33