ENA- qan zərdabında sitoplazmik və nüvə antigenlərinə qarşı hər hansı anticisimləri aşkar etməyə imkan verən tədqiqatdır. Çıxarılan nüvə antigeninə qarşı antikorlar müxtəlif sistemli birləşdirici toxuma xəstəliklərinin klinik və laboratoriya markeridir və onların diaqnostikası və müalicəsinə nəzarət üçün istifadə olunur.
ENA hərarət, səbəbsiz zəiflik, artralji və miyalji, dəri səpgiləri və digərləri kimi sistemli autoimmun prosesin simptomları üçün təyin edilir. Onlar hər hansı xüsusi revmatik xəstəlik üçün xarakterik deyil və revmatoid artrit, sistemli qırmızı qurd eşənəyi, sistemik sklerodermiya, Şegren sindromu, eləcə də qarışıq birləşdirici toxuma xəstəlikləri və digər hallarda müşahidə edilə bilər. ENA autoimmun prosesin klinik əlamətləri olan xəstələrdə revmatik xəstəliklərin skrininq üsuludur. Təkrarlanan mənfi test nəticələri simptomların digər qeyri-autoimmun səbəblərdən qaynaqlandığını göstərir. Eyni zamanda, ENA sistemi birləşdirici toxuma xəstəliklərini bir-birindən fərqləndirməyə imkan vermir.
Panelə daxildir:
- Anti nRNP/Sm
- Anti Sm anticismi
- Anti SS-A anticismi (60 kDa)
- Anti SS- B anticismi
- Anti Scl-70 anticismi
- Anti PM –Scl anticismi
- Anti Jo-1 anticismi
- Anti DFS 70
- Anti PCNA anticismi
- Anti dsDNA anticismi
- Anti-histone anticismi
- Anti- Ribosomal p-proteini
- Anti AMA-M2 anticismi
- Ro-52 recombinat (52)
- Anti – nukleosom anticismi
- Anti – sentromer protein B
- DFS70
- MI-2a
- Ku
- CENPA
- Sp100
- PML
- PM-Scl 100
- PM-Scl 75
- RP11
- RP155
- gp210
Qiymət: 142 AZN
Panel bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33