Müasir tibbin gətirdiyi check up müayinə sağlamlığınız haqqında məlumat almaq və müxtəlif xəstəliklərin meydana çıxma riskini qiymətləndirməkdə əvəzsiz rol oynayır.
Müayinə paketlərinin tərkibi hər kəsin yaş, cins, ailə anamnezi , həyat tərzi, risk faktorları nəzərə alınaraq fərdi qaydada seçilir. Xüsusən qadınlarda hormonal periodların (doğuş qabiliyyətli, klimakerik dövr, hamiləlik və s.) gətirdiyi risklər də mütləq şəkildə dəyərləndirilir.
Qadın check up proqramlarımız süd vəzi, uşaqlıq boynu xərçəngi, qalxanabənzər vəz, koronar ürək xəstəlikləri, diabet, osteoporoz kimi xəstəliklərin vaxtında diaqnoz qoyularaq erkən müalicəsinə şərait yaradır.