ENA - qan zərdabında sitoplazmik və nüvə antigenlərinə qarşı hər hansı anticisimləri aşkar etməyə imkan verən tədqiqatdır. Çıxarılan nüvə antigeninə qarşı anticisimlər müxtəlif sistemli birləşdirici toxuma xəstəliklərinin klinik və laboratoriya markeridir və onların diaqnostikası və müalicəsinə nəzarət üçün istifadə olunur.
ENA hərarət, səbəbsiz zəiflik, artralji və miyalji, dəri səpgiləri və digərləri kimi sistemli autoimmun prosesin simptomları üçün təyin edilir. Onlar hər hansı xüsusi revmatik xəstəlik üçün xarakterik deyil və Revmatoid Artrit, Sistemli Qırmızı Qurd Eşənəyi, Sistemli Sklerodermiya, Şegren sindromu, eləcə də qarışıq birləşdirici toxuma xəstəlikləri və digər hallarda müşahidə edilə bilər. ENA autoimmun prosesin klinik əlamətləri olan xəstələrdə revmatik xəstəliklərin skrininq üsuludur. Təkrarlanan mənfi test nəticələri simptomların digər qeyri-autoimmun səbəblərdən qaynaqlandığını göstərir. Eyni zamanda, ENA sistemi birləşdirici toxuma xəstəliklərini bir-birindən fərqləndirməyə imkan vermir.
Panelə daxildir:
- Anti-RNP/Sm (RNP)
- Anti-Sm (Sm)
- Anti-SS-A native (60kDA) (SSA)
- Ro-52 recombinant (52)
- Anti-SS-B (SSB)
- Anti-Sd-70 (Scl)
- Anti-Jo-1 (Jo)
Panel bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
12372 | 07.10.2025
Komandamız sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
100 AZN

