SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome
coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) —
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV
adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları
bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət
istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk
dəfə 2019-cu ildə aşkar edilmişdir. "COVID-19" ilə yoluxmuş
şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik
əlamətlərini sərgiləyə bilər. İshal və yuxarı tənəffüs yolları
simptomları (asqırmaq, "burun axması", boğaz ağrısı) daha az
rast gəlinən əlamətlər arasındadır. Bildirilən simptomlara xəstələrin
90% -də qızdırma, 80% -də yorğunluq və quru öskürək, 20% -də nəfəs
darlığı və 15% -də tənəffüs çətinliyi aiddir. Xəstəlik pnevmoniya,
multi-orqan çatışmazlığı və ölümə qədər irəliləyə bilir.
İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca
simptomlarıdır. Bu simptomlar müşahidə olunan şəxslərin 59 faizində
koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi
üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub. Alimlər
iybilmə və dadbilmə hissiyatının itirilməsinin koronavirusa yoluxma
ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə
olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.
Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqıraq
nəticəsində yaranan)ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə
toxunma yolu ilə ötürülür. COVİD-19 virusu səth üzərində saatlarla qala
bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir. Viral
RNT-nin PCR üsulları ilə yanaşı, immunoassay üsulları ilə nazofarenksin
və ya orofarenksin selikli qişalarından yaxmalarda SARS-CoV-2
antigeninin təyini infeksiyanın klinik təzahürlərinin başlanğıcından
etibarən ilk 1-5 gün ərzində daha informativ olur (nadir hallarda 10
günə qədər). İnfeksiyanın sonrakı mərhələlərində (klinik təzahürlərin
başlamasından 1-2 həftə sonra) qan testi SARS-CoV-2-yə qarşı spesifik
anticisimlərin aşkarlanması daha informativdir.
3488 | 17.02.2025
Технические показатели
|
Критерии отказа
|
Hemolizli, lipemik nümunələr |
|
Метод работы
|
İmmunoxrmotoqrafiya |
|
Срок выдачи результата
|
Hər gün saat 17:00 da |
|
Условия транспортировки
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
