Bordetella IgM testi – tənəffüs yollarını təsir edən Bordetella pertussis bakteriyasına qarşı immun sistem tərəfindən sintez olunan IgM anticisimlərini aşkar etmək üçün aparılan qan testidir. Bu bakteriya əsasən uşaqlarda müşahidə olunan, lakin böyüklərə də təsir göstərə bilən göy öskürək xəstəliyinə səbəb olur.
*Testin Məqsədi
-Göy öskürək diaqnozunu qoymaq: Xüsusilə xəstəliyin erkən mərhələsində infeksiyanı təsdiqləmək üçün.
-Simptomları oxşar olan digər tənəffüs xəstəliklərindən fərqləndirmək.
-Daha əvvəl vaksin olunmuş və ya xəstələnmiş şəxslərdə immun vəziyyəti qiymətləndirmək.
Əlamətlər:
-Uzunmüddətli və şiddətli öskürək.
-Nəfəs alarkən "səsli" simptom (göy öksürəyin xarakterik əlaməti).
-Qızdırma.
-Tənəffüs çətinliyi və ya nəfəs darlığı.
Test Nəticələrinin Təhlili
Müsbət IgM:
Bu, yaxın zamanda Bordetella pertussis infeksiyasına yoluxduğunuzu və ya hazırda infeksiyalı olduğunuzu göstərə bilər.
Mənfi IgM:
Bu, infeksiyanın çox erkən mərhələdə olduğunu və ya immun sistemin hələ reaksiya vermədiyini göstərə bilər.
Alternativ olaraq, infeksiya əvvəlki dövrdə baş verib və IgM əvəzinə IgG antikorları yüksəlmiş ola bilər.
Qeyd
Göy öksürəkdən qorunmanın ən effektiv yolu vaksinasiya olunmaqdır. Lakin peyvənd olunmuş şəxslərin tamamilə xəstəlikdən qorunacağına zəmanət yoxdur.
1172 | 21.05.2025
38 AZN
Задать вопрос
Нужна консультация?
Наши специалисты ответят на любой интересующий вопрос
