İnfluenza
İnfluenza A və B qrip virusunun ən çox rast gəlinən iki növüdür və hər ikisi insanlarda mövsümi qrip epidemiyalarına səbəb ola bilər. Hər iki virus tipinin simptomları oxşardır, lakin bəzi fərqliliklərə görə klinik gedişatı fərqli ola bilər.
İnfluenza A:
Ən çox rast gəlinən qrip növüdür və həm insanlarda, həm də heyvanlarda (quşlar, donuzlar və s.) xəstəlik törədə bilər.
Virusun səthindəki H (hemaglutinin) və N (neuraminidaz) zülalları ilə müxtəlif alt tiplərə bölünür (məsələn, H1N1, H3N2).
İnfeksiya qlobal pandemiyalara səbəb ola bilər, çünki mutasiya və rekombinasiya yolu ilə yeni alt tiplər yarana bilər.
İnfluenza B:
Yalnız insanlarda rast gəlinir və heyvanlar arasında yayılmır.
Alt tiplərə bölünmür, ancaq iki əsas xəttə (lineage) malikdir: Yamagata və Victoria.
İnfluenza A-dan fərqli olaraq, pandemiyalara səbəb olmaz, lakin ciddi mövsümi epidemiyalara yol aça bilər.
Qripə yoluxan insanların əksəriyyəti əzələ ağrıları, qızdırma və digər xoşagəlməz simptomlarla xəstələnəcəklər. Adətən bir və ya iki həftəyə sağalırlar. Bəzi insanlar, məsələn, 5 yaşdan kiçik uşaqlar, 65 yaş və yuxarı yaşlılar və uzun müddət davam edən sağlamlıq vəziyyəti olan insanlar üçün qrip çox ciddi xəstəliklərə və hətta ölümə səbəb ola bilər.
Qripin əlamətlərinə aşağıdakılar aiddir:
· Hərarət
· Üşütmə
· Əzələ və ya bədən ağrıları
· Yorğunluq
· Baş ağrısı
· Axan və ya tıxanmış burun
· Boğaz ağrısı
· Öskürək
Analiz nə üçün istifadə olunur?
İnfluenza testləri qripə yoluxmanın olub-olmamasını təyin etmək üçün istifadə olunur. Qrip testləri həmçinin cəmiyyətdə qrip epidemiyalarını izləmək və infeksiyaya səbəb olan qrip virusunun növünü müəyyən etmək üçün tətbiq olunur.
Nəticələr nə deməkdir?
Müsbət test nəticəsi İnfluenzaya yoluxmanın ola biləcəyini göstərir. Sağlamlığınızdan asılı olaraq, həkiminiz qripin daha ciddi bir xəstəliyə çevrilməsinin qarşısını almaq üçün dərmanlar təyin edə bilər.
Mənfi nəticə o deməkdir ki, İnfluenzaya yoluxma yoxdur, simptomlara fərqli bir virus və ya bakteriya səbəb ola bilər.
