HCV kəmiyyət, HCV PCR, Hepatit C viral yük, Hepatit C keyfiyyət,
Hepatit C virusu
Hepatit C virusu (HCV) qaraciyər hüceyrələrini, eləcə də bəzi qan
hüceyrələrini (neytrofillər, monositlər, B-limfositlər) yoluxdura bilir.
Əsasən, infeksiya qanla (qan və plazma elementlərinin köçürülməsi üçün
dərmanlar, donor orqanlar, steril olmayan şprislər, iynələr, alətlər)
vasitəsilə ötürülür, cinsi yolla ötürülən infeksiya ehtimalı isə azdır.
Kəskin viral hepatit adətən asemptomatikdir və əksər hallarda
aşkarlanmamış qalır. İnfeksiyaya yoluxanların 60-85%-də xroniki
infeksiya inkişaf edir ki, bu da siroz, qaraciyər çatışmazlığı və
hepatoselüler karsinoma inkişaf riskini artırır. Gizli, lakin dağıdıcı
təsiri üçün infeksiya qeyri-rəsmi olaraq "zərif qatil" adı
almışdir. HCV viral hepatitin bütün patogenləri arasında ən yüksək
dəyişkənliyə malikdir və yüksək mutasiya aktivliyinə görə immunitet
sisteminin qoruyucu mexanizmlərinin təsirindən qaçmağa qadirdir. Virusun
genomları dünyanın müxtəlif ölkələrində əhəmiyyətli dərəcədə fərqlənir
və interferon preparatlarına fərqli həssaslığa malikdir.
İstifadə məqsədi:
- Kəskin HCV hepatiti ehtimalı düşünülən, ancaq antitel testi nəticəsi neqativ olan şəxslərə;
- seropozitiv anaların doğduğu körpələrə;
- immun cavabında deffekt olması səbəbi ilə immunoloji reaksiya göstərə bilməyəyəcəyi düşünülən xəstələrə (diaqnostika məqsədi ilə);
- seroloji testləri pozitiv olan xəstələrdə aktiv infeksiya ehtimalını təsdiqləmə məqsədi ilə;
- hələ müalicə tətbiq olunmaqda və ya müalicəsi tamamlanmamış xəstələrdə müalicəyə verilən cavabın müşahidəsi məqsədi ilə PZR metodu ilə HCV RNA təyin olunmasına ehtiyac olur.