Diareya Paneli (Viral)
Diareyalar infeksion və qeyri-infeksion olmaqla iki qrupa bölünürlər.
Diareyanın səbələri isə kəskin və xroniki diareyalar üzrə fərqlənir.
KƏSKİN DİAREYA:
• Bakterial infeksiyalar və ya bakteriyaların toksini
• Viral (virus) infeksiyalar
• Parazitar infeksiyalar
• Göbələk infeksiyaları
• Zəhərli maddələrin və dərmanların qəbulu (alkoqol intoksikasiyası, dərmanların əks təsiri, antibiotiklərin uzunmüddətli istifadəsi)
XRONİKİ DİAREYA:
• Qıcıqlanmış bağırsaq (xroniki qeyri-spesifik diareya) sindromu
• Xroniki viral enteritlər
• Seliakiya xəstəliyi (Celiac disease)
• Giardioz (lyamblioz) və digər protozoylar
• Karbohidratlara həssaslıq, saxaroza izomaltoza çatışmazlığı
• CIBD (Chronic Inflammatory Bowel Disease) xroniki iltihabi bağırsaq xəstəliyi
• Onkoloji xəstəliklər
Virus mənşəli diareyalarda antibakterial dərman preparatlarının istifadəsi zərərli (mikrofloranın pozulması, kandidoz və s. ilə nəticələnən) və effektsiz olur. Virus mənşəli diareyalar adətən epidemik xarakter daşıyır.
*Orqanların zədələnməsi, yuxuda hiss etmədən şok və ya komaya səbəb ola bilər.
ROTAVİRUS Daha çox dekabrdan-iyunayına qədər davam edir.
ADENOVİRUS İl boyu rast gəlinir.
NOROVİRUS Əsasən qapalı yerlərdə, xüsusilə payız və yaz aylarında təsadüf edilir.
ASTROVİRUS İl boyu, daha çox qış aylarında rast gəlinir.
Uşaq və yeniyetmələrdə bu xəstəliklər zamanı klinik əlamətləri aradan qaldırmaq üçün, ən çox istifadə edilən asetilsalisil turşusunun (aspirin) verilməsi əks göstərişdir, çünki Rey sindromuna səbəb ola bilər.
Viral Diareya Paneli daxili təyin olunur:
• Rotavirus (RotV)
• Adenovirus (AdV)
• Norovirus GI (NoV-GI)
• Norovirus GII (NoV-GII)
• Astrovirus (AstV)
• Sapovirus (SV)
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.
