Diareya Paneli (Bakterial)
Diareyalar infeksion və qeyri-infeksion olmaqla iki qrupa bölünürlər.
Diareyanın səbələri isə kəskin və xroniki diareyalar üzrə fərqlənir.
KƏSKİN DİAREYA:
• Bakterial infeksiyalar və ya bakteriyaların toksini
• Viral (virus) infeksiyalar
• Parazitar infeksiyalar
• Göbələk infeksiyaları
• Zəhərli maddələrin və dərmanların qəbulu (alkoqol intoksikasiyası, dərmanların əks təsiri, antibiotiklərin uzunmüddətli istifadəsi)
XRONİKİ DİAREYA:
• Qıcıqlanmış bağırsaq (xroniki qeyri-spesifik diareya) sindromu
• Xroniki viral enteritlər
• Seliakiya xəstəliyi (Celiac disease)
• Giardioz (lyamblioz) və digər protozoylar
• Karbohidratlara həssaslıq, saxaroza izomaltoza çatışmazlığı
• CIBD (Chronic Inflammatory Bowel Disease) xroniki iltihabi bağırsaq xəstəliyi
• Onkoloji xəstəliklər
Uşaq və yeniyetmələrdə bu xəstəliklər zamanı klinik əlamətləri aradan qaldırmaq üçün, ən çox istifadə edilən asetilsalisil turşusunun (aspirin) verilməsi əks göstərişdir, çünki Rey sindromuna səbəb ola bilər.
Bakterial Diareya Paneli daxili təyin olunur:
• Salmonella spp. (Sal)
• Yersinia enterocolitica (Yer)
• Shigella spp. / EIEC (Sg/El)
• Vibrio spp. (Vib)
• Campylobacter spp. (Cam)
• Clostridium difficile Toxin B (CdB)
• Aeromonas spp. (Aer)
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.
