Diareya PANELİ
DİAREYANIN SƏBƏBLƏRİ:
Kəskin Diareya
- Bakterial infeksiyalar və ya bakteriaların toksini;
- Viral (virus) infeksiyalar;
- Parazitar infeksiyalar;
- Göbələk infeksiyaları;
- Zəhərli maddələrin və dərmanların qəbulu (alkoqol intoksikasiyası, dərmanların əks təsiri, antibiotiklərin uzunmüddətli istifadəsi).
Xroniki diareya
- Qıcıqlanmış bağırsaq (xroniki qeyri-spesifik diareya) sindromu;
- Xroniki viral enteritlər;
- Seliakiya xəstəliyi (Coeliac disease);
- Qiardioz (lyamblioz) və digər protozonlar;
- Karbohidratlara həssaslıq, saxaroza;
- izomaltaza çatışmazlığı;
- CIBD (Chronic Infammatory Bowel Disease);
- xroniki iltihabi bağırsaq xəstəliyi;
- Onkoloji xəstəliklər.
Patogen bakteriyaların aşkarlanması zamanı antibiotikin təyini bakteriyanın növündən, antibiotikə həssaslığından və dozasından (MİC) asılı olaraq seçilməlidir
Bakteriyaların toksinlərinin təsirindən yaranan diareyaların kultivasiyası zamanı, onların inkişafından əlavə müalicə zamanı toksinlərin təsirinə fikir verilməlidir (probiotiklərdən istifadə edilir).
ROTAVİRUS daha çox dekabrdan-iyun ayına qədər davam edir;
ADENOVİRUS il boyu rast gəlinir;
NOROVİRUS əsasən qapalı yerlərdə, xüsusilə payız və yaz aylarında təsadüf edilir;
ASTROVİRUS il boyu, daha çox qış aylarında rast gəlinir.
DİAREYA PANELİNƏ DAXİLDİR:
5 VİRUS
- Group A rotavirus (RotV);
- Enteric adenovirus (AdV);
- Norovirus GI (NoV-GI);
- Norovirus GII (NoV-GII);
- Astrovirus (AstV) Sapovirus (SV).
- Salmonella spp. (s.bongori.s.enterica);
- Shigella spp. (S.flexneri S.boydii. S.sonnei. S.dysenteriae);
- Vibrio spp. (V.cholerae. V.parahaemolyticus. V.vulnificus);
- Campylobacter spp. (C.jejuni. C.coli);
- Clostridium difficile Toxin B (CdB);
- Yersinia enterocolitica;
- Aeromonas spp.(A media. A.veronii. A.salmonicida. A.sorbia. A.bivalvium. A.hydrophila).
