Bakterial vaginoz
Bakterial vaginoz, Doderlein çöplərinin (laktobakteriyalar) sayının əhəmiyyətli dərəcədə azalması və ya tamamilə yox olması və onların fakultativ anaerob mikroorqanizmlər və ya gardnerellyoz törədicisi ilə əvəz edilməsi ilə müşayiət olunan, uşaqlıq yolunun mikroflorasında dəyişiklik ilə əlaqəli polimikrob xəstəlikdir.
Normal vaginal mikrobiosenozda aparıcı yeri (95%) hidrogen peroksid və süd turşusu istehsal edən Doderlein çöpləri (laktobakteriyalar) tutur.
Sağlam qadınların 24%‑ində, kliniki kolpit əlamətləri olan qadınların 61%‑ində aşkar edilmişdir.
Bakterial vaginozun gedişi:
- Laktobasillərin azalması;
- Anaerobların inkişafı;
- Aminlərin ifrazatı (balıq qoxusu);
- Açar hüceyrələrin” formalaşması;
- Uşaqlıq yolunun pH‑nın yüksəlməsi (> 4,5).
Qeyd: Qadın pasiyentlərin 25%‑də bu xəstəliyin kliniki əlamətləri olmur.Gizli gedişata malik olduğu üçün ildə bir dəfə müayinədən keçmək məsləhətlidir. •Bu test vasitəsilə Real‑Time PZR üsulu ilə vaginoza səbəb olan bakteriyaların keyfiyyətcə və kəmiyyətcə təyini aparılır.
Bu test əhəmiyyətli 3 bakteriyanın kəmiyyətcə miqdarını göstərir.
Bakterial vaginozun simptomları:
•Qısa müddətli duru, ağ və boz rəngli ifrazatlar;
•Uzun müddətli sarı və ya yaşılrəngli, qatı;
bəzən kəsmiyə bənzər ifrazatlar;
•Sidik ifrazının pozuntuları;
•Yerli diskomfort;
•Balıq qoxulu ifrazatlar;
Eyni zamanda birdən çox bakteriyani aşkar etmə qabiliyyətinə malik olduğu üçün, cavablar qısa müddət ərzində hazır olur.
BAKTERİAL VAGİNOZ PANELİ ilə təyin olunur:
-Gardnerella vaginalis (GV);
-Atopobium vajinae (AV);
-Lactobacillus spp. * (Lacto)‑ Bacteroidesfragilis (BF) *L. crispatus, L. gasseri və L. jensenii;
-Megasphaera type 1 (Mega1);
-Vaqinoz 2 ilə əlaqəli bakteriyası (BVAB2);
-Mobiluncus spp. ** (Mob)** M. mulieris və M. curtisii
