PDL-1 (B7-H1/proqramlaşdırılmış hüceyrə ölüm ligand 1)
reaksiyasıdır. Bu yad maddələrə allergen deyilir. Allergiya bəzi heyvan
növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına,
kimyəvi məhsullara, həşərat sancma-larına və çiçək tozlarına qarşı
yarana bilər. Qida allergiyası - zamanı müxtəlif qida məhsullarından
bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Allergiyanın,
demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq
ən çox yayılmış qida aller-genləri – süd, yumurta, balıq, molyusklar,
soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.Pollinoz - bitki
tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə
qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs
allergiyası zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə
daxil olur. Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə
əlaqədar yaranır. Mövsümi allergenlər (ağaclar, otlar və otların
tozları) bütün il boyu baş verən qapalı məkanlarda olan allergenlər (ev
tozu gənələri, ev heyvanları və kif sporları) kimi rol oynayır.
