Proakselerin Faktor
İrsi Faktor V çatışmazlığında, anormal qanaxmalar müşahidə olunur, laxtalanma zamanı, PT və APTT testlərində ümumiyyətlə uzanma təsbit edilir. Sintezi K vitaminindən asılı olmadığından Faktor V səviyyəsi qaraciyər xəstəliyi ilə K vitamini çatışmazlığının differensial diaqnostikasında da istifadə oluna bilər. Parenximal qaraciyər xəstəliklərində faktor V və K vitaminindən asılı olaraq sintez olunan laxtalanma faktorları (Faktor II, VII, IX və X) azalarkən, K vitamini çatışmazlığında faktor V normal, digər faktor səviyyələri aşağıdır. Bu ayırma üçün əsasən Faktor V və VII aktivlikləri ölçülür. Kəskin ağciyər çatışmazlığında azalmış sintezı, DIC-də isə artmış istifadəylə əlaqəli olaraq faktor V səviyyələri aşağı ola bilər.Hamiləlikdə bir çox laxtalanma faktoru kimi faktor V səviyyələrində də yüngül artmalar müşahidə olunur.
