Kortizol bədəndə adrenal vəzlərdən ifraz olunan bir hormon olub stressə cavab, metabolizm, immun sistem, qan şəkəri və qan təzyiqi kimi bir sıra əhəmiyyətli funksionallıqları tənzimləyir. Adətən “stress hormon” olaraq tanınır. Kortizol səhər saatlarında ən yüksək səviyyədə ifraz olunur və gün boyunca səviyyəsi aşağı düşür. Belə günlük dəyişim “sirkadian ritm” olaraq adlandırılır.
Kortizolun əsas funksiyaları:
1. Stress cavab: Stress hallarından bədən daha çox kortizol istehsal etməyə başlayır.
2. Metabolizm: Qaraciyərdə qlükozanın əmələ gəlməsini artıraraq qan şəkərini yüksəldir; əzələlərdə protein toplanmasını artıraraq enerji əmələ gətirir.
3. İmmun sistem: İmmun cavabı tənzimləyir və həddindən artıq immun reaksiyaların qarşısını alır.
4. Qan təzyiqi: Qan təzyiqini nizamlayır.
Tüpürcək testi:
Tüpürcəkdəki kortizol səviyyələrini ölçən bir testdir. Bu metodla kortizolun bədəndəki günlük ritmi izlənilir. Stress vəziyyət və yuxu rejimi haqqında məlumat verir.
Kortizol səviyyələrindəki dəyişikliklər:
• Yüksək kortizol səviyyələri: Həddindən artıq stress, depresiya, təşviş pozuntusu, Kuşinq sindromu kimi hallarda kortizol səviyyəsi yüksək olur. Yüksək kortizol çəki artımına, yüksək təzyiqə, immun sistemi problemlərinə və sümük əriməsinə səbəb ola bilir.
• Aşağı kortizol səviyyələri: Addison xəstəliyində (adrenal vəz çatışmazlığı) kortizol səviyyəsi aşağı enir. Aşağı kortizol səviyyəsi yorğunluq, zəiflik, hipotenziya və hipoqlisemiyaya səbəb olur.
Kortizol - səhər tüpürcəyi testi səhər saatlarında ifraz olunan kortizolun səviyyəsini ölçür.
2260 | 29.05.2025
39 AZN
Задать вопрос
Технические показатели
|
Пробирка
|
Xüsusi tüb |
|
Срок выдачи результата
|
Həmin gün ərzində |
Нужна консультация?
Наши специалисты ответят на любой интересующий вопрос
