Fizioloji rolu: D vitamini kalsiumun həzm sistemindən sorulmasını artırır və onun sümüklərdə toplanmasına kömək edir, nazik bağırsağın epitel qişasında isə kalsiumun aktiv transportunu sürətləndirir. Xüsusilə, bağırsağın epitel hüceyrələrində kalsiumun sorulmasına kömək edən kalsium birləşdirici zülalın sintezini artırır. Bu vitaminin çatışmazlığı nəticəsində sümüklərdə kalsium duzlarının miqdan azalır, sümüklər yumşalır və uşaqlarda raxit xəstəliyi, böyüklərdə isə osteomalyasiya törənir. D vitamininin həddən artıq qəbul edilməsi nəticəsində isə qanda kalsiumun miqdarı artır və hipervitaminoz inkişaf edir. Hiperparatiroidizmi və sarkoidozu olan şəxslər D vitamini qəbul etməməlidir. D vitamini kalsium və fosforun absorbsiyası artır; son zamanlarda bu vitaminin həm də alüminiumun absorbsiyasını artırdığı məlum olmuşdur.
Təbii mənbələri:
Balıq yağı (xüsusən balıq qaraciyərinin yağı), quşların qaraciyəri, süd (xüsusən yay aylarında), kərə yağı, yumurta sarısı və s.
Günlük tələbat:
Günəş altında çılpaq halda çox qalan uşaqlara əlavə D vitamini vermək tələb olunmur. Ümumiyyətlə, orta yaşlı normal şəxslər 800-1000 V D vitamini qəbul etməlidirlər.
6 aya qədər olan körpələrin gündəlik 300 V, bir yaşa qədər olanlann isə 400 V D vitaminə ehtiyacı vardır.
Artmasına səbəb olan hallar:
• Hipervitaminoz;
• Böyrəkdaşı xəstəliyi;
• D vitamini ilə intoksikasiya;
• Günəş şüalarının təsirinə həddindən artıq məruz qalmaq.
Azalmasına səbəb olan hallar:
• Malabsorbsiya sindromu;
• Steatorreya (ishal);
• Qaraciyər sirrozu;
• Pankreas çatışmazlığı;
• Seliak xəstəliyi (uşaqlarda ağır ishal);
• Tirotoksikoz;
• Bağırsaqların iltihabi xəstəlikləri;
• Bağırsaqların rezeksiyası;
• Raxit;
• Vegetaryanlıq.
31792 | 15.11.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Vitaminlər |
Çalışma üsulu
|
CLIA |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Sinonim
|
Vit D3 (xolekalsiferol) |
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər ac qarına qan alınmalıdır |
Testin kodu
|
LAB-08-008 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |