Varicella Zoster virusu, IgG
Varicella-zoster virusu (VZV) IgG testi, su çiçəyi (varicella) və herpes zoster (şiddətli herpes zoster) infeksiyalarına qarşı orqanizmin siztez etdiyi IgG anticisimlərini aşkar etmək üçün istifadə olunur. Bu test, infeksiyanın keçmişdə olub-olmadığını və ya şəxsin immun vəziyyətini qiymətləndirmək məqsədilə istifadə edilir.
Suçiçəyi adətən uşaqlıq dövründə baş verir (bu səbəbdən suçiçəyi ənənəvi olaraq uşaqlıq xəstəliyi hesab olunur). Ancaq böyüklərdə xəstəlik uşaqlara nisbətən daha ağır keçir.
Suçiçəyinin ilk günlərində xəstədə ümumi halsızlıq və qızdırma olur. Şiddətli qaşıntı gövdədə və ya daha az hallarda üzdə olur. 1-3 gündən sonra qaşıntı olan yerlərdə səpgilər görünür.
Analiz nə üçün istifadə olunur?
- İnsanın Varicella Zoster Virusuna qarşı immunitetinin olub olmadığını müəyyən etmək. Bu, onun suçiçəyi xəstəliyinə tutula biləcəyini anlamağa imkan verir.
- Diaqnozu aydınlaşdırmaq - xəstəliyin törədicisini müəyyən etmək. Xarici simptomlar əsasında diaqnoz qoymaq mümkün olmadıqda bu tələb olunur.
Suçiçəyinin tipik əlamətləri:
- bütün bədəndə səpgi, eyni zamanda müxtəlif ölçülü ləkələr və sızanaqlar,
- orta dərəcədə qaşınma,
- qızdırma, baş ağrısı, zəiflik.
Herpes zosterin tipik simptomları:
- səpgilərin göründüyü nahiyələrdə yandırıcı lokal ağrılar,
- bədənin bir tərəfində səpgi,
- temperatur, ümumi intoksikasiya.
Herpes zosterin atipik simptomları:
- müxtəlif nevroloji pozğunluqlar (üz sinirinin iflici, başgicəllənmə, karlıq, serebellar ataksiya və s.).

