Viral Ensefalit Paneli
Ensefalitlər ən çox viruslar tərəfindən törədilir. Viral ensefalit simptomlara görə qripə bənzəyir və adətən iki-üç həftə davam edir. Beyinin tutulan bölgəsindən asılı olaraq, ensefalitlərin yüngül formaları və həyati təhlükəsi olan, ölümlə nəticələnən formaları ola bilər. Bəzi hallarda sinir zədələnməsi qalıcı xarakter daşıya bilər.
Viral Ensefalitin səbəbləri:
- Herpes simplex virus (HSV1, HSV2)
- Digər herpes virusları (Varicella zoster virusu (VZV), Sitomeqalovirus (CMV), Epstein-Barr virusu (EBV), İnsan herpes virusu 6 (HHV6), İnsan Herpes Virusu 7)
- Adenovirus
- İnfluenza A
- Enterovirus, Poliovirus
- Uşaq xəstəlikləri virusları (Qızılca, Parotit, Məxmərək)
- Quduzluq
- Arboviruslar (Yapon B ensefalit virusu, Sent-Luis ensefalit virusu, West Nile ensefaliti virusu)
- Bunyaviruslar (La Crosse Kaliforniya virusu)
- Reoviruslar (Kolorado gənə qızdırması virusu)
- Arenaviruslar (Limfositik xoriomeningit)
Klinik əlamətlər:
Yüngül simptomlar
- Yüksək hərarət
- Baş ağrısı
- Qusma
- Boyun tutulması
- Yorğunluq (tükənmişlik)
Kəskin simptomlar
- 39,4 ° C və ya daha yüksək temperatur
- Şüurun buludlanması, itkisi
- Əsəbilik
- Uyuşma
- Halüsinasiyalar
- Hərəkətlərdə yavaşıma
- Koma
- Tutmalar
- İşığa Həssaslıq
Uşaqlarda simptomlar fərqli olur:
- Qusma
- Fontanellərdə (əmgəkdə) şişkinlik
- Daimi ağlamaq
- Bədən sərtliyi
- Anoreksiya
Viral ensefalit müalicə olunmadığı təqdirdə, 70% hallarda ölümlə nəticələnir. Xəstələrdə nitq ,yaddaş pozğunluğu, demensiya və ya postensefalit sindromu yarana bilər. Postensefalit sindromu; Klüver-Busi sindromu kimi də tanınır. Bu sindromda hərəkət itkisi, hiperseksuallıq, demensiya, yaddaş pozğunluğu, beyinin gözdən gələn sensor məlumatı tanıya bilməməsi (vizual aqnoziya ) müşahidə olunur.
Viral Ensefalit paneli daxilində təyin olunur:
- Adenovirus (AdV)
- Cytomegalovirus (CMV)
- Epstein Barr Virus (EBV)
- HSV tip 1 və 2
- Varicella Zoster (VZV)
- Enterovirus
- Parechovirus
- Parvovirus
- Herpes Virus Tip 6 (HHV6)
- Herpes Virus Tip 7 (HHV7)
- Mumps virus
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.

