Escherichia coli insanın bağırsaq florasının normal nümayənələrindəndir. Bu bakteriya K vitamini sintezində iştirak edir və mikrofloranın digər növlərinin çoxalmasına
mane olaraq, balansın stabil qalmasına səbəb olur. Onun miqdarının azalması (xüsusilə, antibiotiklə müalicədən sonra) balansın pozulmasına, Clostridium
difficile (toksin A və B) tərəfindən psevdomembranoz kolitin yaranmasına, bəzən isə Candida göbələklərinin artması hesabına kandidoz və s. gətirib çıxarır.
Bağırsaqlarda daim kolonizə edən patogen olmayan növlərlə yanaşı kəskin bağırsaq xəstəliklərinə səbəb olan Diareyagen E.coli (DEC)‑lər də vardır.
DEC‑lər xüsusilə epidemiya şəklində ictimai səhiyyə üçün təhlükə yaradır.
DEC şiddətli ishal,hemolitik uremik sindrom (HUS), hemorragik kolit (HC) və hətta ölümə səbəb ola bilər.
Diareyagen E. coli (DEC) növləri müxtəlif kateqoriyalara bölünür:
- Enterotoksigen (ETEC)
- Enterohemorragik (EHEC)
- Enteropatogen (EPEC)
- Enteroagreqativ (EAEC)
- Enteroinvaziv (EIEC)
- Diffuz Adgeziv (DAEC)
Qeyd: Shiga toxin istehsal edən E. coli (STEC) bəzən verotoksin istehsal edən E. coli (VTEC) adlanır.
Göründüyü kimi, müxtəlif DEC ştammlar arasında və Shigella spp. arasında çox oxşarlıqlar var, bu isə diaqnostikanı daha da çətinləşdirir. EPEC diareyaya səbəb olan, daha çox yenidoğulmuş uşaqlarda izlənilir.
EİEC bağırsağın iltihabına səbəb olur.
ETEC vəba (xolera) toksininə bənzər toksin sintez etdiyinə görə, vəbada olduğu kimi ishala səbəb olur.
EHEC sitotoksin sintez edərək, hemorragik ishala səbəb olur.
EAEC bağırsaq divarlarına adgeziya edərək, bağırsaqlarda sorulma prosesinin pozulmasına səbəb olurlar. Toksinlərin təyini isə kultivasiya üsulu ilə aparıla bilmədiyi
üçün adi əkilmə (bakterioloji) üsul zamanı üzə çıxmır və diaqnozun dürüstlüyünə təsir edir, yanlış olaraq antibiotiklərdən istifadə edilir. Bu isə öz növbəsində
mikrofloranın bir daha pozulmasına ve rezistent ştammların yaranmasına gətirib çıxarır.
Qastrointestinal bakteriya‑II paneli ( E. coli/PZR) :
- Clostridium difficile hypervirulent
- E. coli O157
- STEC* (stx1/2)
- EPEC* (eaeA)
- ETEC* (It/st)
- EAEC* (aggR)
Molekulyar genetik ZPR (PCR) metodundan istifadə edərək bağırsaqda gedən pozğunluğun, diareyanın Clostridium difficile və ya hansı E.coli ştammı tərəfindən
baş verməsinin səbəbini dəqiq bilərək, düzgün diaqnoz əldə etmiş olacaqsınız.
12004 | 27.09.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
130 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Molekulyar Mikrobiologiya |
|
Çalışma üsulu
|
Real-Time PCR |
|
Daşınma şəraiti
|
2-8°C |
|
Nəticə vermə vaxtı
|
2,5 işlənir 3, 6 saat 17:00 da raporlanır |
|
Nümunə miqdarı
|
5ml |
|
Nümunə növü
|
Nəcis |
|
Sinonim
|
Diareya |
|
Testə hazırlıq/xüsusi şərtlər
|
- |
|
Tüb (qab)
|
Steril nəcis qabı |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

